Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Noyabr » 10 » Həcc ziyarəti haqqında
Həcc ziyarəti haqqında
09:57

Kəbəni və "qara daş"ı ziyarət etmək hər bir müsəlmanın borcu və arzusudur

Bütün müsəlmanların səbirsizliklə gözlədiyi Həcc ziyarəti bir neçə gündən sonra başlayır. "Həcc" ərəbcə "ziyarət etmək" deməkdir. Yəni İslamın müqəddəs şəhəri Məkkəyə gedib Kəbəni və "qara daş"ı ziyarət etmək hər bir müsəlmanın borcu və arzusudur. Hələ çox qədimlərdən, İslama qədərki dövrlərdə Məkkədə yerləşən Kəbə məbədi bütün insanların ziyarətgahı olub. Mötəbər məlumatlara görə, Kəbə İslamdan 2700 il əvvəl ərəb qəbilələri arasında böyük hörmətə malik olub. Müxtəlif adət-ənənəli ərəb qəbilələri və iranlılar oranı müqəddəs və əziz sayıblar.

Rəvayətə görə, Kəbəni Allah Təalanın əmri ilə Həzrəti Adəm (ə) tikmiş, lakin Nuhun (ə) dövründə baş verən tufan onu dağıdıb. Hədislərdə yazılanlara görə, Kəbənin tikintisində bütün dünyanın torpağından nümunə var. Həzrət Əlinin (ə) "Nəhcül-bəlağə" əsərində də Kəbənin Hz. Adəmin (ə) vaxtından mövcud olduğu göstərilir.

Nuh (ə) peyğəmbərdən sonra İbrahim (ə) və onun oğlu İsmayıl (ə) Kəbəni yenidən tikiblər. "Kəbə" ərəb dilində "kub" deməkdir. Kəbə - sahəsi 10x12 metr, hündürlüyü isə 15 metrə yaxın olan bu Allah evi Məscidül-həramın tən ortasında yerləşir. Allah Təalanın Adəmə (ə) göndərdiyi "qara daş" Kəbənin cənub-qərb küncündə divara hörülüb.

Kəbə ibadət və Tanrıya tapınmaq üçün tikilmiş ilk evdir. "Bəqərə" surəsinin 122-ci və "Ali-İmran" surəsinin 96-cı ayələrindən göründüyü kimi, Kəbənin tikilmə tarixi İbrahim peyğəmbərdən (ə) əvvəl olub. Hz. İbrahim (ə) Allah Təalanın buyruğu ilə Kəbəni çoxdan mövcud olan bünövrə üzərində yenidən tikib.

Kəbənin binası dördküncdür. Künclərin hər biri digərinə tərəf yönəlmişdir ki, hava axını və külək bir-birinə təsir edib zəifləsin və beləliklə, binanın dağılmasının qarşısı alınsın.

Kəbənin binasını Hz. İbrahim (ə) dövründən indiyədək Əmalin, daha sonra Cürhüm qəbiləsi və nəhayət Məhəmməd peyğəmbər (s) zamanında Qüreyş qəbiləsi bərpa edib.

Kəbənin qapısı ilə üzbəüz müqəddəs "Zəm-zəm" çeşməsi yerləşir. Hz. İbrahimin (ə) Hicazda qoyub getdiyi körpə İsmayıl və onun anası Hacər susuzluqdan əziyyət çəkərkən möcüzə baş vermiş, körpənin ayaqları altından su fəvvarə vurub. Çeşmənin suyu şəfaverici sayıldığı üçün zəvvarlar çox vaxt onu "zəmzəmiyyə" adlanan xüsusi qablarda özləri ilə vətənlərinə aparırlar.

Tarixi məlumatlara görə, Məhəmməd Peyğəmbər (s.ə.s) hələ hicrətdə (Mədinədə) olarkən buyurub ki, müsəlmanlar namaz qılarkən üzlərini Kəbəyə çevirməlidirlər. Həmin çağırışdan sonra Kəbədəki "qara daş"ın ətrafında olan bütlər Peyğəmbər (s.ə.s) tərəfindən məhv edildi və Kəbə İslamın müqəddəs məbədinə çevrildi. Həmin vaxta qədər müsəlmanlar üzlərini Beytül-Müqəddəsə (Qüds) tuturdular. Beləliklə, İslam dininin yarandığı ilk vaxtlarda - miladi təqvimi ilə 632-ci ildən başlayaraq Məkkəni və oradakı Kəbə evini ziyarət etmək mərasimi müsəlmanlar tərəfindən daha geniş icra edilməyə başlanıb və Həcc ziyarəti adı ilə məşhurlaşıb.

Zəvvarlar Məkkədə Zilhiccənin 7-ci günündə olmalıdırlar. Burada onlar təmizlənəndən, dəstəmaz alandan, bədənlərinə ətirli yağ sürtəndən və qüsl edəndən sonra müqəddəs ağ ibadət libası - ehram (yalnız kişilər) geyinirlər.

Ehramın heç bir tikişi olmur və iki ağ parçadan ibarətdir; birini bellərinə sarıyır, digərini isə çiyinlərinə salırlar. Zəvvarlar Həcc zamanı saçlarını qırxdırmır, dırnaqlarını tutmurlar. Qadınlar mütləq başlarına iri yaylıq örtməlidirlər.

Zəvvarlar Həcc vaxtı adi halda halal olan bir sıra işləri görə bilməzlər. Məsələn, heç bir səbəb olmadan hər hansı bir canlının qanını tökməyə ixtiyarları yoxdur, hətta milçək olsa belə. Ağacdan meyvə dərməməlidirlər və s.

Həcc zamanı əsas ziyarət Kəbəni yeddi dəfə dolanmaq, "qara daş"ı öpmək, dua etmək, müqəddəs Səfa və Mərva təpələri arasında qaçmaq və "Zəm-zəm" quyusundan su içməklə başlanır.

İkinci gün zəvvarlar Ərəfat dağına yollanır və açıq havada gecələyəndən sonra, Zilhiccənin 9-da Həccin əsas ayinini yerinə yetirərək, Ərəfat dağının ətəyində dayanırlar. Bu ayin günortadan Günəş batana kimi davam edir. Zəvvarlar burada namaz qılır və xütbəyə - moizəyə qulaq asırlar. Günəş batan kimi hamı dərhal Müzdəlifə vadisinə gedir və bütün gecəni burada ibadət edirlər.

Zilhiccənin 10-cu günü Mina vadisində şeytana daş atmaq mərasimi icra olunur. Burada sütunlar, İblisin (şeytanın) bütləri var. Hər bir zəvvar şeytana yeddi dəfə daş atmalıdır. Bundan sonra qurbanvermə mərasimi başlayır. Həmin gün Qurban bayramı günü hesab olunur, bayram namazı qılınır. Bununla da Zəvvarlar Həcc mövsümünü başa vururlar.

Həcc ziyarəti neçə hissəyə bölünür?

Peyğəmbər (s.ə.s) sünnətinə əsasən, Həcc ziyarəti üç hissəyə bölünür və onların hər biri özünəməxsus əməllərə malikdir.

1.Təməttü Həcci. Bu ziyarətə "Həcci-əkbər" (böyük Həcc) də deyilir. Məkkədən 83 km məsafədə yaşayan şəxslər maddi və fiziki vəziyyətləri daxilində ən azı, bir dəfə Zilhiccə ayında Həcc ziyarətini yerinə yetirməlidirlər. Bu əməlin özü də iki hissəyə bölünür.

Ümrə Həcci - Şəvval, Zilnidə və Zilhiccə aylarında yerinə yetirilir. Ümrə ziyarətində beş əməl yerinə yetirilir:
Ehram bağlamaq;
Təvaf etmək;
Təvaf namazını qılmaq;
Səfa və Mərva dağları arasında yürüş etmək;
Saç və dırnaqları qısaltmaq.

Təməttü Həcci - yalnız Zilhiccə ayında yerinə yetirilir. Təməttü ziyarətinin on üç vacib əməli yetirilir:
Ehram bağlamaq;
Ərəfatda qalmaq;
Məşərdə qalmaq;.
Minada böyük Şeytana və ortancıl Şeytana yeddi daş atmaq;
Qurban kəsmək»
Saç və dırnaqları qısaltmaq;
Minada qalmaq;
Hər Şeytana yeddi, ümumilikdə iyirmi bir daş atmaq;
Kəbəni təvaf etmək;
Təvaf namazını qılmaq;
Səfa və Mərva dağları arasında təvaf etmək;
Nisa təvafı etmək;
Nisa təvafının namazını qılmaq.

2.İfrad Həcci (kiçik Həcc). İfrad həcci Məkkə əhalisi və Məkkədən 84 km məsafədə yaşayan şəxslərə aiddir. Altı əməl istisna olmaqla, ifrad Həcci təməttü həcci ilə tamamilə eyni qaydada yerinə yetirilir. Fərqli olan altı əməl aşağıdakılardır:
Təməttü Həccindən fərqli olaraq, ifrad həccində əvvəlcədən ümrə ziyarətini yerinə yetirmək vacib deyil.
İfrad Həccində qurban kəsmək vacib deyil.
İfrad Həccində insan ixtiyari olaraq təvaf və Səfa ilə Mərva dağları arasındakı yürüşü Ərəfat və Minada qalmaqdan əvvələ, və ya sonraya saxlaya bilər.
Təməttü Həccinin ehramı Məkkənin özündə, ifrad Həccində isə xüsusi yerlərdə bağlanmalıdır.
Təməttü Həccindən fərqli olaraq, ifrad Həccinin ümrəsini həcc ziyarətindən sonra yerinə yetirmək olar.
Təməttü Həccindən fərqli olaraq, ifrad Həccindən sonra müstəhəb ümrə ziyarətini yerinə yetirmək olar.

3.Qiran Həcci.
İfrad Həcci kimi, Qiran Həcci də Məkkə əhalisinə və Məkkədən 84 km məsafədə yaşayan şəxslərə aiddir. İfrad Həcci kimi, Qiran Həcci də eyni əməllərlə yerinə yetirilir. Fərq yalnız qurban kəsən (coz inke dər in Həcc mokəlləf Qorbani Ra neşandar-çizi be qərvəne heyvan avixte və neşani bər an miqozarad-ra az ehram ba xod be həmrah darəd)

Allah hər bir Zəvvarın ziyarətini qəbul etsin !

ANSPRESS

Kateqoriya: Din ve Muzakireler | Baxılıb: 896 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Noyabr 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Axtarış

Dost saytlar

Statistika

online 2
Qonaqlar 2
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024