Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Noyabr » 4 » Günün xəbərləri...04.11.2010
Günün xəbərləri...04.11.2010
19:44

Erməni əsirliyində olan vətəndaşımız qaytarılıb

Azərbaycan isə müvəqqəti saxlanma yerində intihar edən erməni kəşfiyyatçısının meyitini Ermənistana verib

Ermənistan tərəfindən əsir götürülən Eldar Tağıyev Azərbaycana təhvil verilib. APA-nın qərb bürosunun xəbərinə görə, proses Azərbaycan-Ermənistan qoşunlarının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində, Qazax-İcevan yolunun üzərində yerləşən neytral zonada həyata keçirilib.

Azərbaycan isə erməni hərbçi Manvel Mamikonoviç Sarıbekyanın meyitini Ermənistana təhvil verib.

Prosesdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları (BQXK) iştirak ediblər.

Qeyd edək ki, Tovuz rayon Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-i, saat 18.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində, təmas xəttinin yaxınlığında atəşə tutulub, daha sonra erməni hərbçiləri tərəfindən girov götürülüb.

Manvel Sarıbekyan bu il sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanıb. O, oktyabrın 5-də gecə saat 3-də
müvəqqəti saxlama yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asıb.

Binalar noyabrın 15-dən qızdırılacaq

“Azəristiliktəchizat” ASC noyabr ayının 15-dən etibarən mənzillərin istilik enerjisi ilə təminatına başlayacaq.

Bu barədə “APA-ECONOMICS”ə ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə, bu il “Azəristiliktəchizat” investisiya proqramına uyğun olaraq 216 yaşayış binası, 23 məktəb, 16 uşaq bağçası və 20 səhiyyə obyektləri üzrə istilik təchizatının bərpa olunması üzrə işlər aparıb, həmçinin yeni qazanxanalar tikilib, təmir olunub və modernləşdirilib. Hazırda magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilir və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunur.

Görülən hazırlıq işləri “Azəristiliktəchizat” ASC-nin 346 qazanxanası və 125 istilik məntəqəsinin fasiləsiz işləməsinə şərait yaradacaq. Müqayisə üçün qeyd edək ki, “Azəristiliktəchizat” yarananda 2 dəfə az, yəni 166 qazanxana fəaliyyət göstərib.

Bu işlər nəticəsində payız-qış mövsümündə “Azəristiliktəchizat” tərəfindən Bakı şəhərində 187 məktəb, 150 uşaq bağçası, 83 səhiyyə obyekti və 218 digər sosial obyektin istiliklə təmin olunması nəzərdə tutulur. Bakıda istiliklə təmin olunan yaşayış binalarının sayı isə 2303-ə çatacaq. Bununla da mərkəzi istilik sisteminə qoşulan binaların 72%-i istiliklə təmin olunacaq.

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC yarananda istiliklə təmin olunan binaların sayı 988, 2006-ci ildə 1750, 2007-ci ildə 1933, 2008-ci ildə 2035, 2009-da isə 2153 olub.

Bundan başqa, Bakı şəhərində müxtəlif dövlət orqanlarının (Müdafiə Nazirliyi, Dövlət Neft Şirkətinin və s.) nəzdində olan və kooperativ binaların bir hissəsi mərkəzi istilik sisteminə qoşulmayıb. Paytaxtda 578 bina istiliyi kənar mənbələrdən alır.


Bakıda dəhşətli qəza: 4 ölü, 5 yaralı

Noyabrın 3-də saat 21:30 radələrində Suraxanıda ağır yol qəzası baş verib.

Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Hövsan-Zığ yolunda VAZ 2106 markalı avtomobil ilə “Hyundai Sonata” markalı avtomobil toqquşub. Nəticədə 4 nəfər həlak olub, 5 nəfər isə ağır yaralanıb.

Halak olanlar Cəfərov Şaməddin Əlizamin oğlu (1985), Allahverdiyev Akif Xıdır oğlu (1977), Quliyev Üzeyir Əhmədalı oğlu (1962) və şəxsiyyəti müəyyənləşməyən 30-35 yaşlı digər sərnişin olub.

Yaralılar isə Quliyev Atabəy Akif oğlu (1963), Pişev İslam Fəxrəddin oğlu, Cabbarov Əhməd Yusif oğlu (1981), Vəliyev Elman Mirzə oğlu (1987) və Quliyev Fikrət Abuzər oğludur. Onlar 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib.
Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Hadisəyə səbəb kimi yüksək sürət göstərilir.

Faktla bağlı araşdırma başlanılıb.

“Eurovision-2011”in milli seçimlərinə 77 iştirakçı qatılacaq

İştirakçılar arasında tanınmışlar yetərincədir

Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision -2011” yarışmasında Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən milli seçimlərin canlı yayımına noyabrın 15-də başlanacaq. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov bildirib ki, seçimlərin növbəti turuna 77 iştirakçı vəsiqə qazanıb. Dünən isə növbəti tura vəsiqə qazanan 77 nəfərlə İTV-də görüş və püşkatma keçirilib. 77 nəfər 7 həftə davam edəcək, həftənin beş günü yayımlanacaq canlı efirdə öz istedad və bacarıqlarını nümayiş etdirəcəklər.

7 həftənin hər birində isə 11 iştirakçı mübarizə aparacaq. Hər həftənin beşinci günü münsiflər və tamaşaçılar tərəfindən ən çox səs toplayan iştirakçı həftənin qalibi olacaq və həmin şəxs növbəti tura keçəcək. Keçiriləcək 7 həftəlik canlı efirdə Azərbaycanı “Eurovision-2011” müsabiqəsində təmsil etmək arzusunda olan 7 namizəd növbəti turda mübarizə aparmaq imkanı qazanacaq.

Azərbaycan Ordusunda daha bir itki

Azərbaycan Ordusuna daha bir itki üz verib. Xəzər rayon Hərbi Komissarlığından ANS PRESS-ə verilən məlumata görə, bu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılan 22 yaşlı Ramiş Oktay oğlu Atakişiyev dünən axşam Saatlı rayonunda yerləşən hərbi hospitalda ölüb.

Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə qulluq edən əsgərin cəsədi artıq anadan olduğu Xəzər rayonunun Binə qəsəbəsinə gətirilib. Əsgər boğaz nahiyəsində olan xəstəliklə əlaqədar olaraq Saatlıda yerləşən hospitala yerləşdirilibmiş, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Əsgərin yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, R.Atakişiyev Aviasiya Akademiyasının məzunu olub.

Faktla bağlı Müdafi Nazirliyinin mətbuat xidmətindən məlumat öyrənmək mümkün olmayıb.

Nəqliyyat Departamentinin işçisi ilə sürücü arasında dava düşdü: ölən var

bu gün Bakıda Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamentinin işçisi ilə taksi sürücüsünün arasında baş vermiş mübahisəsi sonuncunun ölümü ilə nəticələnib. Hadisə şahidlərinin ANS -ə verdiyi məlumata görə, Nərimanov rayonunda “Yaşıl bazar”ın qarşısında taksi fəaliyyəti ilə məşğul olan, 59 yaşlı Böyükağa Ağalar oğlu Həsənov Nəqliyyat Departamentinin işçiləri ilə 1 saata yaxın mübahisədən sonra dünyasını dəyişib. Şahidlərin sözlərinə görə, mübahisə departament işçisi B. Həsənovadan pul istəyib. O, pulu vermədikdə “KİA” markalı avtomobilinin dövlət nömrə nişanını açmaq istəyib. Elə bu zaman onların arasında mübahisə yaranıb. Yaranan mübahisə zamanı Nəqliyyat Departamentinin əməkdaşı sürücünün gicgah nahiyəsinə yumurqla zərbə endirib. Sürücünün huşunu itirərək yerə yıxıldığını görən Departamnt əməkdaşı maşınına minərək hadisə yerindən uzaqlaşıb.

Daxili İşlər Nazirliyi Bakıda Nəqliyyat Departamentinin əməkdaşı ilə mübahisədən sonra taksi sürücüsünün ölümü ilə bağlı məsələyə münasibət bildirib. DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə ANS PRESS-ə açıqlamasında, hadisənin departament işçisi ilə sürücü arasında baş verən mübahisədən bir neçə dəqiqə sonra baş verdiyini bildirib:

“Nəqliyyat Departamentinin əməkdaşı 27 yaşlı Faiq Abbasəliyev Xətai prospekti 7 ünvanında taksi fəaliyyəti ilə məşğul olan 59 yaşlı Xətai rayon sakini, Böyükağa Ağalar oğlu Həsənovla mübahisə edib. Faiq Abbasəliyev hadisə yerindən getdikdən sonra Böyükağa Həsənov yol kənarındakı səkidə oturub. Bir neçə dəqiqə sonra yıxılaraq keçinib. İlkin araşdırmalar zamanı məlum olub ki, mərhum yaxın zamanlarda infarkt diaqnozu ilə xəstəxanada stasionar müalicə alıb. Yəni ürəyi zəif olub. Çox ehtimal ki, ölümə səbəb də bu amil olub. Hazırda meyit tibbi ekspertiza edilir. Ölümün səbəbi bundan sonra tam dəqiqləşəcək. Hələlik, Faiq Abbasəliyevin ifadəsi alınmayıb və o saxlanılmayıb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır”.

Mərhumun oğlu ANS-ə bildirib ki, atası bu yaxınlarda infakt keçiribmiş

4 yaşlı uşaq yemək yemədən yaşayır

İngiltərədən olan azyaşlı qarnından açılan dəlik vasitəsilə qidalanır

İngiltərədə 4 yaşındakı bir uşaq yemək yemədən yaşayır. "Daily Mail"in məlumatına görə, Daniel Harrison adlı uşaq körpəlikdə keçirdiyi travma ilə bağlı ağzı ilə qida qəbul edə bilmir. Azyaşlı yalnız qarnından açılan xüsusi dəlik vasitəsilə qidalanır.

Həkimlərin sözlərinə görə, uşaq psixoloji travma keçirib. Travma "gastro özofageal reflü"dən yəni - mədə şirəsinin adi zamanlarda ifraz edilərək, geriyə-qida borusuna və boğaza qalxması nəticəsində yaranıb. Xəstəlik uşaqda "fobi"yə çevrilib. Uzun müddət psixoloji müalicə alsa da heç bir xeyri olmayıb.

Qeyd edək ki, xəstəlik dünyada sadəcə bir neçə nəfərdə müşahidə edilir və onun müalicəsi yoxdur.

Şəmkirdə ağır yol qəzası: bir kəndin 5 sakini ölüb, ikisi yaralandı

Azərbaycanın Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-qəza hadisəsi baş verib. Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 13.00 radələrində rayonun Şiştəpə kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən “VAZ-2107” markalı maşınla toqquşub. Qəza zamanı 5 nəfər Şiştəpə kənd sakini ölüb, 2 nəfər isə yaralanıb.

Hazırda ölən və yaralananların adları müəyyənləşdirilir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Bakıda baba 2 yaşlı nəvəsini vurub öldürdü

Bakıda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə noyabrın 3-də saat 09.00 radələrində Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində olub.

Əhməd Həbibov idarə etdiyi "Hyundai" markalı avtomaşınla nəvəsi, 2009-cu il təvəllüdlü Polad Həbibovu vurub. Nəticədə P. Həbibov aldığı xəsarətdən elə hadisə yerində ölüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

İsrail YUNESKO ilə əlaqələri kəsdi

Beynəlxalq təşkilat İsraildəki müqəddəs yerlərin müsəlmanlara məxsus olmasını etiraf edib

İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon ölkəsinin bundan sonra YUNESKO ilə əməkdaşlıq etməyəcəyini bəyan edib. Qərarın qəbul olunmasına səbəb təşkilatın Xevrondakı Patriarxlar mağarasının və Raxel ananın məzarının müsəlmanlara məxsus müqəddəs yerlərin olduğunu etiraf etməsidir.

"Biz təşkilatın Patriarxlar mağarasının və Raxel ananın məzarı ilə bağlı müsəlmanların xeyrinə çıxardığı qərarını nəzərdən keçirməliyik və beynəlxalq təşkilatda İsrailin milli varisi olan obyektlərin Fələstinə aid hissədən çıxarılmasını tələb edəcəyik",- deyə Ayalon vurğulayıb.

İsrailin artıq bu məsələni YUNESKO-da açar mövqeyini tutan ABŞ-la müzakirə etdiyi bildirilir.

Göyçayda təkərin altından çıxan daş ölümə səbəb oldu

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə noyabrın 3-də Göyçay rayonunun Ucar yolu üzərindəki Cəyirli kəndi ərazisində qeydə alınıb.

"Kamaz" markalı avtomaşının təkərinin altından çıxan daş Hüngütlü kənd sakini Rahim Ağayevin idarə etdiyi "VAZ-2101" markalı avtomaşının alın şüşəsinə dəyib.

Nəticədə R.Ağayev idarəetməni itirərək avtomaşını yol kənarındakı ağaca vurub. Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göyçay rayon polis şöbəsində araşdırma davam etdirilir.

Azərbaycan və Türkiyə birgə raket istehsal edəcək

Azərbaycan və Türkiyə reaktiv yaylım atəş sistemləri üçün birdə raket istehsal edəcək.

Bu barədə APA-ya ötən gün Azərbaycanda səfərdə olmuş Türkiyə hərbi nümayəndə heyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin ROKETSAN şirkəti arasında 107 mm və 122 mm çaplı raketlərin birgə istehsalına dair müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq bəzi hissələri Türkiyədən tədarük olunmaqla raketlər Azərbaycanda istehsal olunacaq.

Xüsusi aerodinamika və az tüstülü kompozit bərk yanacaq mühərrikə malik, dizaynı və istehsalı ROKETSAN tərəfindən edilmiş 107 mm çaplı artırılmış mənzilli raketlər klassik 107 mm-lik raketlərə müqayisədə 50% uzaq mənzilli məsafəyə (11 km) malikdir. Dizaynı və istehsalı ROKETSAN tərəfindən edilən 122 mm çaplı raketlər isə klassik 122 mm-lik raketlərə müqayisədə 100% artırılmış mənzilə malikdir. İki fərqli döyüş başlığını daşıyan bu raketlər 40 km məsafədə hədəflərə qarşı təsirli atəş gücü yarada bilir.

Qeyd edək ki, Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkətlərindən olan ROKETSAN milli mərmi və raket proqramlarının reallaşdırılması üçün 1988-ci ildə yaradılıb. Hazırda 140 xarici firma ilə əməkdaşlıq edən ROKETSAN 107, 122 və 302 millimetr artilleriya silah sistemləri, havadan müdafiə proqramları, tank əleyhinə mərmilərin, həssas idarə olunan sursatların istehsalı üzrə ixtisaslaşıb.

ABŞ “Allahın döyüşçüləri”ni terrorçu təşkilatlar siyahısına saldı

ABŞ “Cundullah” (“Allahın döyüşçüləri”) sünni qruplaşmasını terrorçu təşkilatlar siyahısına daxil edib.

Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunur ki, 2003-cü ildə peyda olan “Cundullah” qruplaşması İran ərazisində, əsasən Sistan-Bəllucistan əyalətində bir sıra terror aktları təşkil edib, mülki şəxslərin və dövlət qulluqçularının ölümünə səbəb olub.

“Cundullah” öz terror fəaliyyətində terrorçu-kamikadzelərdən istifadə edir. Qruplaşma əsas məqsədinin şiə əhalinin üstünlük təşkil etdiyi İranda etnik bəlluc sünni toplumunun maraqlarını qorumaq olduğunu elan edib. “Cundullah” 2010-cu ilin iyulunda əyalətin mərkəzi Zahedan şəhərindəki Böyük Məsciddə partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Həmin vaxt məsciddə İslam İnqilabı Mühafizə Korpusunun üzvləri də olub.

1000-ə yaxın döyüşçüsü olduğu ehtimal edilən “Cundullah”ın terrorçu təşkilatlar siyahısına salınması o deməkdir ki, təşkilat ABŞ şirkətlərinin və vətəndaşlarının istənilən leqal yardımından məhrum olur, onun ABŞ ərazisindəki mülkiyyəti “dondurulur”.

Dünyanın ən nüfuzlu şəxslərinin reytinqi açıqlandı

Üsamə bin Laden dünyanın ən nüfuzlu insanlarının siyahısında 57-ci pillədə yer alıb

Dünyanın ən nüfuzlu şəxslərinin reytinq cədvəli açıqlanıb. Lent.az-ın “Forbes” jurnalına istinadən verdiyi məlumata görə, birinci yerdə Çin Xalq Respublikasının rəhbəri Xu Tszinao qərarlaşıb.

O, dünya əhalisinin 1/5-nin, 1,3 milyard insanın yaşadığı, ABŞ-dan sonra ikinci ən böyük iqtisadiyyata malik ölkəni idarə edir. Xi Tszinaonu ABŞ prezidenti Barak Obama izləyir. Üçüncü yerin sahibi Səudiyyə Ərəbistanının kralı Abdall bin Abdel Azizdir.

Reytinq cədvəlinin dördüncü pilləsində Rusiyanın baş naziri Vladimir Putin var. Nüfuzlu insanların ilk onluğunda Roma Papası XYI Benedikt, Almaniyanın baş naziri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, ABŞ maliyyəçisi Ben Bernank, Hindistanın hakim partiyasının lideri Sonya Qandi və “Microsoft”un qurucusu Bill Qeyts var.

Rusiya prezidenti Dmitri Medvedev dünyanın ən nüfuzlu insanlarının siyahısında 12-ci yerin sahibi olub. Dünyanın ən varlı şəxsi Karlos Slim yalnız 22-ci pilədə, düynanın üçüncü ən böyük maliyyə qrupunun sahibi Uorren Baffet isə siyahının 43-cü pilləsində özlərinə yer tuta biliblər. 26-cı pilədə “Facebook”un qurucusu Mark Tsukerberq qərarlaşıb. BMT baş katibi Pin Gi Mun yalnız 47-ci pilədə yer alıb.

Dünyanın “bir nömrəli terrorçusu” Üsamə bin Laden isə 57-ci pillədədir. Ondan 3 pillə aşağıda isə meksikalı narkobaron, “İnterpol” xətti ilə axtarılan Xoakin Qazman gəlir.

Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün akkreditə olunan beynəlxalq təşkilatların siyahısı açıqlanıb

Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilən seçkiləri müşahidə etmək üçün akkreditə olunan beynəlxalq təşkilatların siyahısını açıqlayıb.

MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu qurumda akkreditə olmuş müşahidəçilərin ümumi sayı 1024-dür.

1. Avropa Şurasının Parlament Assambleyası – 33 nəfər
2. Avropa İttifaqı Şurası – 5 nəfər
3. Avropa İttifaqının Bakı üzrə nümayəndəliyi – 3 nəfər
4. Avropa Parlamenti – 16 nəfər
5. Türkdilli Ölkələrin Parlament Assambleyası – 10 nəfər
6. ATƏT-in Parlament Assambleyası – 58 nəfər
7. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) – 316 nəfər
8. Müstəqil Dövlətlər Birliyi – 351 nəfər
9. GUAM – 2 nəfər
10. ABŞ səfirliyi – 31 nəfər
11. Böyük Britaniya səfirliyi – 12 nəfər
12. Qazaxıstan səfirliyi – 6 nəfər
13. Norveç səfirliyi – 4 nəfər
14. Bolqarıstan səfirliyi – 3 nəfər
15. Polşa səfirliyi – 2 nəfər
16. Yaponiya səfirliyi – 2 nəfər
17. Belçika səfirliyi – 1 nəfər
18. Finlandiya səfirliyi – 1 nəfər
19. Avropa Seçki Müşahidə Akademiyası (QHT) – 166 nəfər
20. “Vestnik Kavkaza” Analitik İnformasiya Agentliyi – 2 nəfər.

Mənbə
APA
Lent.az
ANSPRESS,COM

Kateqoriya: Muxtelif | Baxılıb: 885 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Noyabr 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Axtarış

Dost saytlar

Statistika

online 2
Qonaqlar 2
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024