Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Aprel » 21 » Günah nedir?
Günah nedir?
21:47

Günah insanı savabdan, xeyirdən uzaqlaşdıran işə deyilir. İslam alimləri bu mövzuda çoxlu əsərlər yazmışlar. Onlara görə günahlara aiddir:

1.Allaha şərik qoşmaq
2.Adam öldürmək
3.Cadu eləmək və ya elətdirmək
4.Fala baxmaq və ya baxdırmaq
5.Namazı tamamilə tərk etmək
6.İmkanı əl versə da zəkat verməmək
7.Üzürlü səbəbi yoxsa orucu pozmaq və ya tutmamaq
8.İmkanı olduğu halda Həccə getməmək
9.Valideyn hüququna riayət edilməməsi
10.Qohum-əqrəba əlaqələrini kəsmək
11.Faiz
12.Yetim malı yemək
13.Allah ve Rəsulu adından yalan danışmaq
14.Savaşdan qaçmaq
15.Hökmdarın xalqını aldatması və onlara əzab-əziyyət verməsi
16.Yalandan şahidlik etmək
17.İçki içmək
18.Qumar oynamaq
19.Günahsız, namuslu qadına şər atmaq, dedi-qodu eləmək
20.Yol kəsmək
21.İntihar etmək
22.Haram yemək
23.Çox yalan danışmaq
24.Rüşvət almaq və ya vermək
25.Hakimin ədalətsiz hökm verməsi
26.Qadınların kişilərə, kişilərin də qadınlara bənzəməsi
27.Elmi mənfəətlər üçün öyrənmək və bildiklərini başqalarının öyrənməməsi üçün gizləmək
28.Müsəlmanlara xəyanət etmək
29.Verdiyini başa qaxmaq
30.Verdiyi sözə əməl etməmək, aldatmaq
31.Başa gələn müsibət sonrası saç yolmaq, lənət etmək, qısaca üsyan etmək
32.Kişilərin ipək geyib, qızıl taxması
33.Vəsiyyətdə haqsız bölüşdürmə
34.Qurbanın Allahdan başqasının adına kəsilməsi

Günah nədir?

Günah sözü dini terminologiyada Allahın qadağan etdiyi şeyi, haram olan əməlləri yerinə yetirməyə deyilir. «Haram» sözü isə «qadağan edilən» mənasını ifadə edir. Başqa sözlə, İlahi qanunları pozub, Allah-Təalanın qadağan etdiyi hər hansı bir şeyi etmək günahdır. Konkret olaraq nəyin günah əməl olduğunu bilmək üçün də əsas meyar İlahi şəriətin müəyyən etdiyi mənbələrdir. Allah Məhəmməd Peyğəmbər (s.ə.s) vasitəsilə nazil etdiyi Quranda insanlara mənəviyyat qanunlarını, bütün İlahi qadağaları aydın şəkildə açıqlayıb. Məsələn, insanların qəlbinə dəymək, paxıllıq etmək, yalan danışmaq, qeybət qırmaq, zina etmək, haqsız yerə başqasının malını yemək, adam öldürmək, ailə dağıtmaq və s. kimi pis işlər günah sayılır. Dinimizə görə ən böyük günah - Allaha şərik qoşmaq və Onu danmaqdır!
Bunu da qeyd etmək yerinə düşər ki, İslam şəriətində günah sayılan bütün şey və əməllər insanların ya cisminə, ya da mənəviyyatına zərərli şeylərdir. Xüsusən də, günahlar insanın mənəviyyatını təhdid edən ən böyük təhlükədir. Günah etməklə insan özünü Allahdan uzaqlaşdırır, İlahi mərhəmətdən məhrum edir və sözün həqiqi mənasında, uçuruma, fəlakətə sürüklənir…

Günah - mənəviyyatsızlıq sindromu

Heç kəs bu həyata yaxşı və ya pis insan kimi gəlmir. Hər bir körpə eyni bir təbiətlə, saf ruhla dünyaya göz açır. Xristianlığın "ilkin günah" təlimindən fərqli olaraq, İslam təlimi bizə dünyaya gələn hər bir insanın məsum, günahsız olduğunu öyrədir. İnsan yaxşı və ya pis yolu, başqa sözlə, səadət və ya bədbəxtlik yolunu sonradan formalaşdıracağı mənəvi halı və iradəsi ilə özü seçir. Mənəviyyatını pisliklərdən qoruyan, pak, saf saxlayan insan səadət yoluna, onu çirkinliklərə, günahlar girdabına qərq edən insan isə bədbəxtlik yoluna yönəlmiş olacaqdır. Başqa sözlə, Allah-Təalanın təyin etdiyi mənəviyyat qanunlarına uyğun həyat sürən insan səadəti qazanacaq, bu qanunlara zidd yaşayan isə onu itirəcəkdir. Deməli, insanın bədbəxtliyinə səbəb olan amil onun düçar olduğu mənəviyyatsızlıqdır, bu mənəviyyatsızlığı şərtləndirən isə günahlardır!
Şübhəsiz, Adəm övladı dünyaya göz açandan onun bütün digər tələbatları kimi, mənəvi tələbatları da olur. Bu tələbatlar insanın təbiətinə qoyulub. Lakin özü-özlüyündə onlar aşkar mənəvi hal və ya ideya kimi deyil, sadəcə, bir instinkt kimi çıxış edir. Aşkar mənəvi hal isə insanda onun şəxsiyyətinə, daxili aləminə, fərdi seçim və iradəsinə müvafiq olaraq formalaşır. Formalaşmış bu mənəviyyat insanın daxili aləminin Allah tərəfindən müəyyən edilən mənəviyyat qanunları ilə uyğun gəlməsi ilə, uzlaşmasıyla şərtlənir. Əgər insanın daxili aləmi bu İlahi mənəvi qanunlara zidd köklənərsə, onun ruhuna mənəviyyatsızlıq hakim kəsiləcəkdir. Bundan irəli gələn əməl və davranışlar isə günah adlanır.

Mənfur İcra Hakimi və xəstəlik

Günahın təhlükəsi insanın daxili aləmini və bununla da şəxsiyyətini dərhal bürüyərək onu özünə tabe edir. Başqa sözlə, mənəvi böhranla üzləşən insanın şəxsiyyətinə «günah» adlı mənfur icra hakimi rəhbərlik etməyə başlayır. Mənəviyyatsızlığın bəhrəsi olan günahlar öz müəllifi tərəfindən kifayət qədər şüurlu, iradi olaraq həyata keçirilir. Beləliklə, günah Allah-Təalanın mənəviyyat qanunlarına zidd hərəkət etmək, Onun qanunlarını pozmaqdır. Heç kəsin günahkar kimi doğulmadığını və günahın sonradan insanın həyatına daxil olduğunu nəzərə alsaq, biz günahı insanın xisləti deyil, onun düçar olduğu bir xəstəlik adlandıra bilərik. Yəni təbiətcə insan günahkar olmur. O, günaha bir xəstəlik kimi yoluxa, günahlar içərisində yaşaya bilər və müəyyən tədbirlər həyata keçirərək ondan müalicə oluna bilər, yaxa qurtara bilər. İnsanın cismi ilə deyil, ruhu ilə bağlı olduğu üçün, günahı mənəviyyatın xəstəliyi və ya ruhun xəstəliyi (ruhi xəstəlik) də adlandırmaq olar. O doğulur və tədricən inkişaf edir.
İnsanın daxili aləminə, qəlbə, ruhuna hakim kəsilən bu xəstəliklər, şübhəsiz, bütün digər xəstəliklər kimi onu incidir, üzür. Lakin bu xəstəliklər bilavasitə insanın ruhu ilə bağlı olduğundan, onların mənfi təsiri insanda daha ciddi, daha təhlükəli izlər buraxır.

Depressiyaya açılan qapı

Günah azarına tutulan şəxslər İlahi mənəviyyat qanunlarına zidd həyat sürdüklərindən, İlahi mərhəmət və şəfqətdən məhrum olurlar və onların qəlbləri daim sıxıntı, narahatlıq içində olur. Bu qəbildən olan xəstəliklər və onların qurbanına çevrilən xəstələrə Allah-Təala Qurani-Kərimdə işarə edir. Bu ayələrdə Allah günah işləri qəlb xəstəliyi adlandırır: «Onların qəlbində xəstəlik vardır. Allah onların xəstəliyini daha da artırar…» («Bəqərə» sərəsi, ayə 10). Başqa bir ayədə Allah əxlaqsızlığı və iffətsizliyi qəlb xəstəliyi adlandıraraq buyurur: «…Yoxsa qəlbində mərəz olan tamaha düşər…» («Əhzab» surəsi, ayə 32). İmam Əli (ə) günahı səciyyələndirərək bunları söyləyib: «Qəlblər üçün günahdan pis bir dərd yoxdur!»

Qəlb xəstəliyi

Günah bir qəlb xəstəliyi olduğundan müalicəyə ehtiyacı var. Bəs onu necə müalicə etmək mümkündür? Ruhi, psixi xəstəliyə - günah xəstəliyinə düçar olan şəxsi müalicə etmək üçün ilk öncə bu xəstəliyin yaranmasına səbəb olan amillər araşdırılıb, üzə çıxarılmalıdır. Bu səbəblər doğru müəyyənləşməsə, düzgün müalicə etmək də qeyri-mümkün olar. Onlar müayinə edildikdən sonra isə xəstəliyi törədən həmin amilləri aradan qaldırmaq lazımdır. Bu səbəblər, hətta qismən belə qalmış olsa, insan ruhi sarsıntılar, depressiya halları keçirəcək, onun qəlbi vaxtaşırı sıxılacaq və bu psixi narahatlıqlar onu daim təqib edəcəkdir. Psixi rahatsızlıqları tamamilə yox etmək üçün insan öz daxili aləmini mənəviyyat qanunlarına zidd olan xassələrdən, mənəvi tələbatlarını boğan amillərdən təmizləməlidir. İnsanın daxili aləmi İlahi mənəviyyat qanunlarıyla həmahəng olmalıdır ki, qəlb rahatlığı, könül sevinci əldə edə bilsin.
Beləliklə, ruhu, qəlbi xəstəliyə düçar edən amil - insanın daxili aləminin mənəvi qanunlara zidd atmosferə düşməsi, Allahdan uzaqlaşması, İlahi iman nurundan məhrum olmasıdır. Deməli, bu qəbildən olan xəstəliklərin müalicəsi də günahların hakim olduğu qaranlıq qəlbdə İlahi işıq yandırmaqla mümkündür.

Günahların inkişaf mərhələləri

Daxili aləmini mənəviyyatsızlıq bürüyən şəxsin əməllərində günahların baş qaldırması labüddür. Günahların meydana gəlməsi və inkişafını isə aşağıdakı mərhələlərə bölmək olar:
İlk mərhələdə bu və ya digər işi görmək seçimində olan insan mənəviyyatsız olan variantı seçərək günah etmək, çirkin işə qol qoymaq və s. fikrinə düşür və onu zehnində canlandırır. Əgər o bu mərhələdə dərhal fikrindən daşınıb, mənəviyyat yoluna qayıdarsa, günahın bünövrəsini elə kökündəcə dağıdıb, günah işi rədd edərsə, o günah etməz. Bu mərhələdə günahdan yaxa qurtarmaq imkanları olduqca genişdir və günahı rədd etmək çox rahatdır. Lakin əgər bu şans əldən verilərsə, sonra onda günaha qol qoymağa kor-təbii, şüuraltı meyillər, həvəslər güclənir. Sonra bu meyil və həvəslər şüurlu halda günah etmək həvəsinə çevrilir. Burada artıq insan şüurlu olaraq günah etməyə meyil edir. Lakin burada da elə bir çətinlik çəkmədən insan günaha yönələn meyillərinə sinə gərə bilər, günahdan çəkilə bilər. Bu işdə onun təbiətində olan mənəvi tələbatı, iç dünyasının, vicdanının sədası və şübhəsiz, Allaha üz tutduğu halda, Onun yardımı daim insana kömək edəcəkdir.
Lakin əgər insan bu meyillərə uyarsa və günah işi görməyə qol qoyarsa, artıq günahın girdabından yaxa qurtarmaq bir qədər də çətinləşəcəkdir…

Hələ də gec deyil!

Bununla belə, bu mərhələdə də hələ ki heç də hər şey itirilməmişdir! Hələ də vicdanın səsi möhkəm və aşkar şəkildə eşidilməkdədir. Bu səs görülən günah işin çirkinliyini insana anladır, ondan uzaq olmağa, çəkinməyə çağırır. Günah edən insan bu mərhələdə pis iş gördüyünün fərqindədir.
Lakin insan artıq günahın içində irəlilədikdə, ilkin mərhələlərdə olan özünəinam, günahdan çəkinmək cəsarətini tədricən əldən verir, günahdan çəkinmə qüvvəsini zəiflədir. Burada artıq az səylə özünlə bacarmaq elə də asan olmur. Belə halda xüsusi diqqət və səy tələb olunur. Bu diqqət və səy mənəviyyatın bərpasına, daxili aləmin saflaşmasına, dualara, tövbə və Allahın yardımına əsaslanır. Burada qeyd etmək lazımdır ki, hətta ilk baxışdan kiçik görünən bir günah da daxili aləmimizdə yer alıb ona hakim olarsa, insanın gözündə adiləşər və mənəviyyatı boğan, ruhu sarsıdan bir xislətə çevrilər. İnsan onları təkrar və israr etdikcə, onlar artıq ən böyük günahlar sırasında yer alar!

Ən ağır xəstəlik

Günah xəstəliyinin ən ağır və sağalmaz forması isə bu və ya digər günahın insanın daxili aləmində bir ehtirasa, şövqə, tərgidilməz adətə çevrilməsidir. Bu mərhələdə insan, digər mərhələlərdən fərqli olaraq, artıq günaha nifrət etməyi bacarmır, bu işə öz varlığı ilə, ruhu ilə bağlanır. Bu mərhələyədək insan hər zaman öz vicdanının səsini eşidirdi, o bütün çətinliklərə sinə gərərək günahın zəncirlərini qırıb, doğru yola qayıda bilərdi, tövbə edə bilərdi. Hələ bütün qapılar onun üzünə bağlanmamışdı. Burada isə o artıq bu imkandan məhrum olmuşdur. İndi o, bütün vücudu, istək və həvəsi, fikir və davranışları ilə günaha sarılıb və özü üçün qayıdış yeri, qurtuluş yeri saxlamayıb. Allah-Təala belə insanları Quranda «qəlbi möhürlənmiş» adlandırır.

Günahın son mərhələsi - mənəvi ölüm

Burada insanın iç dünyasından, vicdanından saçan nur onun qəlbindən tamamilə çıxır, sönür, qəlbi zülmətə bürünür. Belə şəxsdə mənəvi hisslər tamamilə məhv olur, ölür. Ölünün isə artıq müalicə olunması qeyri-mümkündür. İmam Baqir (ə) belə deyir: «Hər bəndənin qəlbində ağ bir nöqtə var. O, günah əməl etdikdə, həmin ağ nöqtənin üzərinə qara bir nöqtə əlavə olunur. Tövbə edərsə, həmin qaraltı aradan qalxır. Əgər günahları davam etdirərsə, həmin qaraltı qəlbinin hər yerini bürüyər, nəhayət, qəlbindəki ağlıq tamamilə aradan gedər. Belə olan halda, həmin qəlbin sahibi heç vaxt xeyir görə bilməz (səadətə çata bilməz). Bu da aləmlərin Rəbbinin buyurduğu aşağıdakı ayənin mənasıdır: «Yox, yox! Belə deyildir. Əksinə, onların yerinə yetirdikləri əməllər onlara qələbə çalıb, qəlbləri pas bağlamışdır» (Kafi, cild.2, səh.209).

Necə günah edirik?

İnsan ruhunda sarsıntılara səbəb olan başlıca amillərin nədən ibarət olduğunu qısaca açıqlayaq. Psixoloqlar sübut edirlər ki, ümidsizlik psixoloji xəstəliklərə səbəb olur, yəni bəşər övladının düçar olduğu ruhi xəstəliklərin, komplekslərin və s. narahatlıqların əksəriyyəti ayrılıq və çatışmazlıq baş verdikdə yaranan pessimizm hisslərindən qaynaqlanır. İslama görə ümidsizlik ən böyük günahlardan hesab edilir. Allah-Təala buyurur: "Həqiqətən, Allahdan yalnız kafirlər naümid olarlar" («Yusif» surəsi, ayə 87).
İnsanın daxilində baş qaldıran və dinimizə görə günah hesab edilən bir sıra keyfiyyətlər də onun ruhi xəstəliyə tutulmasına səbəb olur. Bunların sırasında həsəd, paxıllıq, kin, qəzəb, eqoizm, qısqanclıq kimi xüsusiyyətlər yer almaqdadır. Hansısa bir şəxsə qərəz bəsləyən insanın bu qərəzi zamanla kinə çevrilir və ondan intiqam almaq istəyir. Getdikcə bu istək elə bir nöqtəyə çatır ki, o, düşmənini qanlar içində yerə yıxmayınca sakitləşə bilmir. İnsanda müşahidə olunan bu kin, nifrət və intiqam hissi nədir, haradan qaynaqlanır? Qısqanc şəxs başqalarının bir xeyir görməsini, bir nemətə sahib olmasını qəbul edə bilmir, onları əldə etdiklərindən məhrum etmək arzusuyla alışıb-yanır, özünü düşünmür. Sağlam bir insanda həsəd və qısqanclıq deyil, qibtə hissi olur; o özünü düşünür, olduğu vəziyyəti dəyərləndirir və irəli getməyə çalışır. İrəli getməyə çalışan, özünü düşünən bir insanın bu davranışı eyib sayıla biləcək bir qüsur deyil, belə davranan insan sağlam insandır. Lakin bütün fikri başqalarını alçaltmaq və onların geridə qalmasına nail olmaq istəyən insanın bu davranışı xəstəlikdir. Onlar elə bir nöqtəyə çatırlar ki, qarşıdakı insana zərər vermək uğrunda, hətta özlərini uçuruma belə atırlar! Bu halda həsəd xəstələri unudurlar ki, bu hərəkətləri ilə yalnız və yalnız özlərinə zərər vurmuş olurlar! Qəlbləri sıxıntı içərisində inildəyir, paxıllıqdan bütün vücudlarıyla boğulur, bir günü belə rahat, asudə yaşaya bilmirlər…

Çıxış yolu

Beləliklə, bütün günahların bir xəstəlik olması həqiqətdir. İnsan bu azara düçar olduqda sıxıntılar keçirir, əziyyət çəkir. Paxıllıq da, rüşvətxorluq da, oğurluq da, zinakarlıq da, təkəbbür də, bir sözlə, Allahın qadağan etdiyi bütün digər əməllər də hər kəsdən daha çox onu edənin özünə zərər yetirir. Nəfsi istəklərinə uyan şəxs mütləq onun cəzasını çəkir. Nəfsini Allaha təslim edənlər isə qurtulurlar, xilas olurlar. Allah-Təala buyurur: «Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!». Quranın insanla əlaqədar ən ümdə proqramlarından biri onun nəfsini təmizləmək və tərbiyə etməkdir, ruhunu xəstəliklərdən qurtarmaq, komplekslərdən, qara fikirlərdən, narahatlıqlardan xilas etmək və qəlbi «çirkinləşdirən» amillərdən qorumaqdır.
Bəs günah xəstəliyinə düçar olan şəxsin sağalması mümkündürmü? Əlbəttə ki, mümkündür! Bir anlıq dayanıb etdiyi işlərə görə səmimi-qəlbdən peşmançılıq hissi keçirməklə, Allaha qayıtmaq - tövbə etmək insanı hər cür günah xəstəliyindən xilas edə bilər.

Kateqoriya: Din ve Muzakireler | Baxılıb: 1466 | Elave eden: ANAR_PUSU | Reytinq: 4.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024