Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Noyabr » 12 » Göyçayda V Nar Bayramı keçirilir
Göyçayda V Nar Bayramı keçirilir
18:23

Azərbaycanın hər bir ərazisi bir meyvəsi və ya tərəvəzi ilə məşhur olduğu kimi Göyçay da qocaman çinarları və qeyri adi dada malik narı ilə məşhurdur.

Bu gün Azərbaycanın Göyçay rayonunda V Nar bayramı keçirilir.

Artıq 5-ci ildir ki, keçirilən festivalın təşəbbüskarı rayon İcra Hakimiyyətidir. Bu ilki festivalda 40-dan çox beynəlxalq qonaq iştrak edəcək. Məhz bunun üçün tədbir beynəlxalq status alıb.

Tədbirdə nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarka, kəndli fermerlərin yetişdirdiyi müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müxtəlif müsaqibələr, oyunlar təşkil edilib.Bundan başqa, Göyçay narının şöhrətini dünyaya tanıtmaq məqsədi ilə beşinci dəfə keçirilən nar bayramında bir çox yeniliklər də olub.

Bayram tədbirində Milli Məclisin 10-a yaxın deputatı, Rusiya və Belarusun Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və əcnəbi iş adamları, 6 ölkənin gənclər təşkilatlarını təmsil edən 40 nəfərdən ibarət nümayəndə heyəti də iştirak edib. Əvvəlcə qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri 30 kənddə narçılıqla məşğul olan insanların yetişdirdiyi müxtəlif sort nar və onlardan hazırlanan məhsulların sərgisinə tamaşa edib, yerli müəssisələrdə istehsal edilən şirə və ekstratların dadına baxıblar.

Heydər Əliyev parkına rəmzi olaraq nar ağacları əkilib, yeni ailə quran bəy və gəlinə hədiyyələr verilib.

Heydər Əliyev prospektində idmançıların, mahnı-rəqs qruplarının çıxışları olub.

Tədbirdə qeyd olunub ki, son 3 ildə rayonda 1600 hektardan artıq yeni nar bağı salınıb. Nar festivalı isə rayonda narçılığın inkişafına, məhsul istehsalının artımına və onun satış qiymətinin yüksəlməsinə səbəb olub. Ötən il rayonda 2732 hektar nar bağından 27 min 377 ton məhsul istehsal olunub. Bu il Göyçayda əvvəlki ildəkindən daha çox, 30 min tona yaxın məhsul toplanıb. Bu gün Göyçayda 30-a yaxın nar sortu yetişdirilir. Narın şirəsindən və qabığından 20-yə yaxın xəstəliyin müalicəsində istifadə olunur.

Sonra folklor qruplarının çıxışları olub, məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirdə qonaqlar əl əməyi nardan hazırlanan məhsullarla tanış olublar.

Nar ilə bağlı müxtəlif müsabiqələr keçirilib. Bayram tədbiri axşam saatlarında tanınmış incəsənət ustalarının iştirak etdiyi konsert proqramı ilə davam edəcək və atəşfəşanlıqla başa çatacaq.

Qeyd edək ki, bayram çərçivəsində Azərbaycanda fəaliyyət göstərən diplomatik strukturlar və beynəlxalq təşkilatların nümayəndələri də diqqətdən kənarda qalmayıb. Belə ki, 11 Noyabr tarixində Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən göndərilən nar sovqatları “İRƏLİ” İctimai Birliyinin könüllüləri tərəfindən Azərbaycanda fəaliyyət göstərən 70-ə yaxın diplomatik strukturun təmsilçilərinə təqdim olunub. Bir çox səfirlər sovqatları şəxsən qəbul etmiş və Nar Bayramını və ümumiyyətlə bu aksiyanı çox yüksək dəyərləndiriblər.

Nar Azərbaycanda, İranda, Türkiyədə, Özbəkistanda, ABŞ-da və Latın Amerikasında yetişsə də, Göyçay yeganə şəhərdir ki, burada narın bütün növləri yetişir. Dünya bazarında nara çox böyük tələbat vardır. Narın bir çox müalicəvi xüsusiyyətləri vardır.

Nar cənnət meyvəsi sayılır.Onun adı müqəddəs "Quran"da da çəkilir.

Kateqoriya: Bolgeler | Baxılıb: 1428 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Noyabr 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Axtarış

Dost saytlar

Statistika

online 2
Qonaqlar 2
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024