Hörmətli Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri.Universitetin Tələbə-Gənclər Təşkilatı olaraq biz 10-14 may tarixində "Gənc Liderlər həftəsi" adlı 1 proekt təşkil etmişik.Əsas məqsəd istedadlı gəncləri lider kimi formalaşdırmaq,müxtəlif fakultələrdən olan tələbələri bir biri ilə yaxından tanış etmək və gələcəkdə hər hansı bir proektlərin birgə təşkilinə şərait yaratmaqdır.May ayının 10-dan 14-nə kimi sizi maraqlı təlimlər gözləyəcək."Gənc Liderlər həftəsi"ndə yalnız 30 tələbə iştirak edə biləcək. "Gənc Liderlər həftəsi" Seçim mərhələsi : 1.Ərizə Formalasının TGT-na təqdim edilməsi 2.İntervyu mərhələsi
"Gənc Liderlər həftəsi"nin Proqramı:
1 ) 10 may saat 14:00 -16:00 (Təlim: Goal Setting – Təlimçi : Şəmsi Bayramzadə - İB Trainings)
2) 11 may saat 14:00 -16:00 (Təlim: İdarə etmənin Psixologiyası - Təlimçi: Elnur Hüseynov )
3 ) 12 may saat 14:00 -16:00 ( Təlim : Liderlik qabiliyyəti – Təlimçi : Telman İbrahimov -İB Trainings)
4) 13 may saat 14:00 -16:00 (Təlim: Time Managment – Təlimçi :Şəmsi Bayramzadə İB Trainings)
5) 14 may saat 14:00 -16:00 (Təlim: Layihə yazılışı və ağır iş stresindən azad olmaq – Təlimçi: Narınc Hüseynova )(16:00-17:00 ATGTİ-nin sədri Şahin İsmayilovnan görüş – Sertifikatların verilməsi)
Ərizə formasını kamal.z@rambler.ru ünvanına göndərə bilərsiniz.Buyurun aşağıdan ərizə formasını yükləyin.Ərizə formasını Tələbə Gənclər Təşkilatındanda əldə edə bilərsiniz.