Həşimov-Akopyan partiyasında Ermənistan bayrağı tərsinə qoyulubRusiyanın Həştərxan şəhərində FİDE Qran-prisi davam edir. Yarışda artıq V turun oyunları arxada qalıb. Azərbaycanlı idmançılardan bu tur heç biri qələbə qazana bilməyib. Vüqar Həşimov V turda erməni şahmatçısı Vladimir Akopyanla görüşüb. Şahmatçıların partiyası sülhlə nəticələnib.
Bu oyunda diqqəti çəkən məqam ondan ibarətdir ki, Həşimovla Akopyanın görüşü zamanı masanın üzərinə Ermənistan bayrağı tərsinə qoyulub. Erməni şahmatçı bu amilə diqqət yetirməyərək oyunu başa vurub. Teymur Rəcəbov Petr Leko ilə, Şəhriyar Məmmədyarov isə Pyotr Svidlerlə sülh bağlayıb.
Xatırladaq ki, Həştərxan Qran-prisində şahmatçılar bu gün istirahət edirlər. Sabah isə VI turun oyunları baş tutacaq. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov və Vüqar Həşimov VI tur çərçivəsində bir-biri ilə qarşılaşacaq. Teymur Rəcəbov isə Vasili İvançukla görüşəcək.