Facebook'ta hər gördüyünüzə baxmayın İnternetdə ziyarət etdiyiniz veb saytlarını fərqində olmadan Facebook profilinizdə paylaşmış ola bilərsiniz
Facebook'daki "Avto Like" yəni "Avtomatik Bəyən" xüsusiyyəti istifadəçilərin istəmədikləri halda kliklədiyi hər hansı bir video və ya məzmunu "bəyənməsinə" və ya Facebook profilində "paylaşmasına" səbəb olur.
Bunun üçün əvvəl veb səhifəsinə əlaqədar kodlar əlavə olunur və kodların girildiyi bu səhifələrə istifadəçilər daxil olduğunda səhifədəki hər hansı bir əlaqəyə basmasıyla birlikdə bu veb səhifəsinin Facebook səhifəsini avtomatik olaraq "bəyənmiş" və ya profilində "paylaşmış" olur.
Bənzər şəkildə Facebookda yoldaşlarınızın bəyəndiyi və ya paylaşdığını sandığınız video və ya hər hansı bir məzmuna klik edib baxmaq istədiyinizdə Facebook xaricində bir səhifəyə istiqamətləndirilirsiniz və o anda bu səhifəni də əslində "bəyənmiş" olursunuz.
İstifadəçilərin bir çoxu, bu məlumatı Facebook hesabında paylaşdığının fərqində olmazkən, bunu bilən oyanıqlar isə veb səhifələrinə bu kodları girməyə davam edir.
NƏ ETMƏK LAZIMDIR
- Bu cür tələlər daha çox "cinsi məzmunlu" və ya "erotik" videolar üzərinə qurulur.
- Facebookda paylaşılan sıravi bir video və ya məzmuna bənzəyir. Bu cür paylaşmalar ümumiyyətlə istifadəçini Facebook xaricində bir səhifəyə istiqamətləndirir. Videoya klik etmədən əvvəl ünvana göz atıla bilər.
- Facebook profilindən çıxış etdikdən sonra internetdə gəzmək daha məntiqlidir; çünki bu cür saytlar Facebooka girmiş istifadəçiyə hər hansı bir sual soruşmadan əlaqədar səhifəni "bəyənmələrini" təmin edir. Halbuki Facebook hesabına daxil olmamış istifadəçi bu səhifəyə klik etdiyində özünə "istifadəçi adı" və "şifrə" soruşulur. Bu məlumatlar girilmədiyi təqdirdə hər hansı bir problem yaşanmır