Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » May » 17 » Xocalı soyqırımı ilə bağlı yeni fotolar..( Khojaly genocide in connection with the new photos)
Xocalı soyqırımı ilə bağlı yeni fotolar..( Khojaly genocide in connection with the new photos)
19:57

Xocalı soyqırımı ilə bağlı yeni tükürpədici fotolar üzə çıxıb

Rusiyalı jurnalist Viktoriya İvlevanın erməni uşaq qatillərinin Xocalıda törətdikləri qanlı qırğından bir neçə gün sonra çəkdiyi və http://www.fotosoyuz.ru saytında dərc etdirdiyi fotoşəkillər Yozef Gebbelsin erməni həmkarı Ara Saqatelyanın başçılıq etdiyi erməni təbliğatının dəhşətli yalanını ifşa edir.

İnsanların baş dərisini soyan ermənilərin vəkilləri uzun illər boyu bütün dünyaya car çəkirdilər ki, guya qaçqınlar yalnız erməni hərbçilərinin nəzarət etmədiyi Ağdam yaxınlığındakı ərazidə güllələnmişlər. Dağlıq Qarabağın inzibati ərazisində isə heç bir qətl törədilməmişdir, çünki dinc əhalinin çıxması üçün “alicənablıq” göstərilib dəhliz saxlanılmışdı.

Bütün bunlar yalandır və erməni hərbi cinayətkarlarının müdafiəçiləri bütün bu vaxt ərzində özləri bunu çox gözəl bilirdilər.

Viktoriya İvlevanın qırğından bir neçə gün sonra çəkdiyi və internetdə aşkar edilmiş şəkillər bir daha təkzibolunmaz surətdə sübut edir ki, erməni “qəhrəmanları” Xocalı qadınlarını və uşaqlarını təkcə Əsgəran rayonunun ermənilər yaşayan Naxçıvanik kəndinin yaxınlığında deyil, - əsas pusqu buradakı donuz fermasının yanında qurulmuşdu, - həm də Xocalının özündə güllələyib, sakinlərə qəsəbəni tərk etməyə macal verməyiblər. Bu, mülki əhali üçün “təhlükəsiz dəhliz” ayrılması barədə əfsanələri də yerlə-yeksan edir.

İki fotoşəklə baxaq:

http://www.azeris.com/mages/stories/khojaly/IvlevaViktoria Khojaly1 6 00x600.jpg
http://www.azeris.com/images/stories/khojaly/IvlevaVictoria Khojaly2 6 00x600.jpg

Bu, orjinalları yuxarıda göstərilən saytdan götürülüb JPG formatında saxlanılmış fayllardır. Orjinallara baxmaq üçün http://www.fotosoyuz.ru saytını açıb, “Viktoriya İvleva” yazaraq axtarışa vermək lazımdır. Bir qədər aşağıda “Çəkiliş yeri” bölməsində “Asiya”, “dövr” bölməsində isə “1990-cı illər” yazmaq lazımdır. Hər ehtimala qarşı fotoşəkillər olan snapşotlar PDF formatında da saxlanılıb:

http://www.azeris.com/images/stories/khojaly/IvlevaVictoria Khojaly1.pdf

http://www.azeris.com/images/stories/khojaly/IvlevaVictoria Khojaly2.pdf

Bu təhlükəsizlik tədbirləri ona görə görülüb ki, ermənilər orijinalları saytdan silə bilərlər. Çünki bir dəfə onlar Vera Bessantinanın şəkillərini Asbares saytında dərc edib “erməni talanlarının qurbanları” kimi təqdim etmiş, biz həmin şəkillərin saxta olduğunu üzə çıxarandan sonra isə tələsik saytdan silmişdilər.

İvlevanın çəkdiyi fotoşəkillərdə görünür ki, qadınları və uşaqları erməni təbliğatının uydurduğu “Xalq cəbhəsi yaraqlıları”nın nəzarət etdiyi ərazilərdə deyil, Xocalının özündə də güllələyiblər. Fotoşəkillərin birində aydın görünür ki, ayağından güllələnib, sonra qətlə yetirilmiş qızın əlini kimsə səliqə ilə mişarlayıb (onların uşaqları qətlə yetirməkdə ixtisaslaşmış digər həmkarları Naxçıvanik kəndi yaxınlığında xocalılıların meyitlərinin baş dərisini də belə məharətlə soyurdular). Kim bilir, hansı qastronomik məqsədlə! Erməni çapovulçularının xocalılıların qoyub getdiyi əmlakı “Jiquli” avtomobillərində daşımasına mane olmaması üçün meyitlər yolun kənarına atılıb. Nəzərə alsaq ki, İvleva viran edilmiş şəhərdə olub və bu şəkilləri hücum günü deyil, Xocalı alındıqdan bir neçə gün sonra çəkib, aydın olur ki, kadra düşən “Jiquli” avtomobilindəki şəhəri tərk edən Azərbaycan sakini deyil, yaxınlıqdakı erməni yaşayış məntəqələrindən gəlmiş çapovulçulardır. Ehtimal ki, kimsə bu dəhşətli kadrlarda itmiş qohumlarını tanıyacaq.

İndi Saqatelyan deməyə nə söz tapacaqdır? Bəlkə yenə deyəcək ki, növbəti Azərbaycan saxtakarlığıdır. Yoxsa yenə iddia edəcək ki, bura heç Xocalı deyil, … Kosovodur (xatırladaq ki, bu ilin fevralında o, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Naxçıvanik kəndi yaxınlığında çəkdiyi şəkillərin Kosovoda lentə alındığını iddia edirdi). Bəlkə Saqatelyanın fikrincə, Viktoriya İvleva bu şəkilləri Kosovoda çəkmiş, sonra dünyanın hansı güşəsində olduğunu unutmuşdur? Bəlkə də azərbaycanlıların Çingiz Mustafayevin “adına çıxardığı” şəkillərin guya hansısa xəyali “Vera Frankl” tərəfindən çəkildiyini iddia edən Saqatelyan indi əks hücuma keçəcək və deyəcək ki, əslində heç bir Viktoriya İvleva yoxdur və guya Saqatelyanın Vera Franklı uydurduğu kimi, onu da azərbaycanlılar “uydurublar”? Saqatelyankimilərdən nə desən gözləmək olar. Ancaq Viktoriya İvleva real jurnalistdir, onu Ermənistanın özündə yaxşı tanıyırlar.

Yeri gəlmişkən, Xocalıya səfərindən sonra o, 1992-ci ilin martında Azərbaycanın Moskvadakı səfirliyində keçirilən mətbuat konfransında iştirak edib. Həmin mətbuat konfransında bu sətirlərin müəllifi də iştirak etmişdir. Doğrudur, o zaman İvleva məhv edilmiş şəhərin adını ermənisayağı “Xocalu” kimi tələffüz edirdi. Saytda bu səhv artıq düzəldilib.

Biz Saqatelyanı başa düşürük, bir qədər halına da acıyırıq. Onun Britaniya jurnalisti Tomas de Vaala verdiyi müsahibəsində ürəyini açmasına təəssüf edən şefi Serj Sarkisyan öz işçisinə demək olar ki, mümkün olmayan bir iş tapşırıb - qətlə yetirilmiş xocalılıların qanını müdirinin əllərindən silmək. Saqatelyan da çox çalışır. Ancaq nə edə bilər? Ona təkcə azərbaycanlılar deyil, həm də bir dərya sənədli sübutlar mane olur. Bunlar Çingiz Mustafayev, Viktoriya İvlevanın video və fotokadrları, hüquq-müdafiə təşkilatlarının, cəhənnəmi görüb qayıtmış xocalıların şahidliyidir. Buna görə də Saqatelyan öz komandası ilə nə qədər çalışsa da xocalılıların qanı cəlladların əlindən heç vaxt silinməyəcək.

Kateqoriya: Bolgeler | Baxılıb: 2171 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2010  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Axtarış

Dost saytlar

Statistika

online 4
Qonaqlar 4
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024