Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Aprel » 11 » “Elektron Təhsil” Respublika müsabiqəsinə başlanılıb.
“Elektron Təhsil” Respublika müsabiqəsinə başlanılıb.
19:16

BugünTəhsil Nazirliyinin təşkil etdiyi “Elektron Təhsil” Respublika müsabiqəsinə başlanılıb.

Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, Azerfon-Vodafone, AZEDUNET, Ultra, HP, Mədəd təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqədə iştirak üçün www.musabiqe.edu.az rəsmi internet səhifəsində qeydiyyatdan keçmək və buradan ətraflı məlumat almaq mümkündür.

“Təhsildə internet texnologiyaları” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunan müsabiqə üzrə sənəd qəbulu mayın 25-dək davam edəcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından istifadənin əhəmiyyətini önə çəkmək, bununla bağlı təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Qeyd edək ki, “Təhsildə internet texnologiyalar” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları, bloqlar və digər internet layihələri təqdim edilə bilər. Qaliblər “Təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaqdır.

“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə müsabiqəyə elektron resursların tədris prosesində əməli tətbiqinə dair metodiki materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər “Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyaları üzrə müəyyən olunacaq.

İki mərhələdə keçiriləcək səsvermədə qaliblər peşəkarlardan və mütəxəssislərdən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdiriləcək. Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuk, netbuk və digər xüsusi mükafatlar təqdim olunacaq.

Məlumat üçün bildiririk ki, müsabiqə artıq ikinci dəfə keçirilir. 2010-cu ildə keçirilən müsabiqəyə 810 layihə təqdim edilib və qaliblər isə 89 nominant arasından seçilib.

Kateqoriya: Tehsil | Baxılıb: 997 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 2
Qonaqlar 2
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024