ABŞ-ın «Google» şirkəti dünyanın ən məşhur (istifadəçisinə görə) internet saytlarının reytinqini tərtib edib. «APA-ECONOMICS»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, reytinqdə birinci yerdə www.facebook.com sosial şəbəkəsi, ikinci yerdə - www.yahoo.com, üçüncü yerdə isə www.live.com saytaları qərarlaşıb. Belə ki, təkcə «Facebook» istifadəçilərinin gündəlik sayı 80 mln. nəfərdən 220 mln. nəfərədək artıb. Bu isə dünya trafikinin 32,3%-i deməkdir. «Facebook»un gündəlik istifadəçilərinin sayı reytinqdə üçüncü yerdə qərarlaşan www.live.com saytının ziyarətçilərindən təxminən 3 dəfə və ya 150 mln. nəfər çoxdur. Eyni zamanda, reytinqdə bir neçə populyar Rusiya saytları da (mail.ru, yandex.ru, vkontakte.ru, odnoklassniki.ru, rambler.ru və s.) yer alıb. Qeyd edək ki, ümumiyyətlə, reytinqə 1 000 internet saytı daxil edilib.
|