Bunları bilmək maraqlıdır Dünyanın ən böyük yük maşını Kanadada hazırlanıb. "Titan" adlı avtomobilin çəkisi 235 ton, uzunluğu isə 20 metrdir. 3 min 300 at gücündə olan motorlarının köməyi ilə 550 ton yük daşıya bilər.
Dünyanın ən böyük helikopteri 37 metr uzunluğunda, 12,5 metr hündürlüyündədir. "Mi-12" 105 ton ağırlığında yük qaldıra bilər.
Ən böyük təyyarə 1988-ci ildə hazırlanan "An-225"-dir. Kosmik yükləri daşımaq üçün nəzərdə tutulan təyyarə indi yük təyyarəsi kimi istifadə edilir. 84 metr uzunluğu, 18,1 metr hündürlüyündə olan təyyarənin boş vəziyyətdə çəkisi 285 tondur. "An-225" 250 ton yük qaldıra bilir.
Ən böyük gəmi Norveçə məxsusdur. "Knock Nevis" 458 metr uzunluğunda və 260 min ton ağırlığındadır. 2004-cü ildən bəri dünya okeanı sularında üzür.
Bu günə qədər istehsal edilən ən böyük sualtı qayıq Sovet İttifaqı tərəfindən 1980-cı illərdə hazırlanan "Tayfun"lardır. 20 nüvə raketi daşıya bilən sualtı qayığın uzunluğu 170 metr, çəkisi isə 26 min tondur.
Dünyanın ən böyük tank layihəsi 1942-ci ildə Hitlerin əmri ilə hazırlanıb. "Landkreuzer P. 1500 Monster"
uzunluğunun 42 metr, hündürlüyünün 18 metr, çəkisinin isə 500 ton olması planlaşdırılırdı. Ancaq 800 mm-lik topla silahlanacaq olan bu tank hazırlanıb başa çata bilmədi.
Ən böyük motosikl 3 ilə hazırlanıb. İngilis Qreq Dunham motosiklin hazırlanmasına 300 min dollar xərcləyib.
"Dodge Power Wagon"un 6,4 dəfə böyük variantı dünyanın ən böyük avtomobili adını qazanıb. 1990-cı ildə hazırlanıb qurtaran maşın 50 tondur.
Ən böyük velosiped 7.80 metr uzunluğunda, 3.70 metr hündürlüyündədir.