Şəhriyar Məmmədyarov FİDE-nin siyahısında altıncıdır FİDE aprel ayı üçün yeni reytinq siyahısını açıqlayıb. Reytinqə görə, Norveç şahmatçısı Maqnus Karlssen 2813 xalla ilk sıradadır.
Bolqorıstan təmsilçisi Veselin Topaloov aktivində 2812 xalla ikinci pillədədir. Rusiyalı Vladimir Kramnik isə (2790) 3-cüdür. Təmsilçilərimizdən ən yaxşı nəticəni Şəhriyar Məmmədyarov göstərib
O, ötən ay olduğu kimi 6-cı pillədəki mövqeyini qoruyub. Şəhriyarın aktivində 2763 xal var. İlk onluqda qərarlaşmış idmançıları nəzərinizə çatdırırıq:
1. Maqnus Karlsson (2813)
2. Veselin Topalov (2812)
3. Vladimir Kramnik (2790)
4. Vişvanatan Anand (2789)
5. Levon Aronyan (2783)
6. Şəhriyar Məmmədyarov (2763)
7. Aleksandr Qrişuk (2760)
8. Van Yue (2752)
9. Pavel Elyanov (2751)
10. Aleksey Şirov (2742)