Çexiya Respublika başçısı razılaşmanın imzasının ardından istifadə etdiyi qələmi cibinə atınca...
Rəsmi ziyarət daxilində Çiliyə gedən Çexiya Respublika başçısı Vaclav Klausun ölkələr arası edilən bir razılaşmanın imzasının ardından imzada istifadə etdiyi qələmi cibinə atması, mətbuatda 'Respublika başçısı kleptomandırmı?' müzakirələrini başlatdı.
Həayat yoldaşı Livia Klaus ilə bərabər rəsmi ziyarətdə olduğu Çilidə həmkarı Respublika başçısı Sebastian Pinera Echenique ilə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq razılaşmaları imzalayan Çexiya Respublika başçısı Vaclav Klausun imzalarkən istifadə etdiyi qələmi əvvəl masanın altına alması, ardından digər əlinə alıb cibinə atma görünüşləri mətbuatda geniş yer tapdı. Kimiləri bunu 'Kalusun dalğınlığı' olaraq şərh edərkən bəzi kanallar da 'oğurlama xəstəliyi' mənasını verən Kleptomani narahatlığı olduğunu bildirdi.