Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Aprel » 11 » “Doktoranturaya qəbul üçün nəzərdə tutulmuş ixtisaslarda dəyişiklik olacaq”
“Doktoranturaya qəbul üçün nəzərdə tutulmuş ixtisaslarda dəyişiklik olacaq”
19:21

AMEA prezidenti: “Əyri yollarla alim olmaq mümkün deyil”

Doktoranturaya qəbul üçün seçilmiş bəzi ixtisaslarda dəyişiklik ola bilər. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib.

M. Kərimov deyib ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) YUNESKO-nun tövsiyələri əsasında ixtisasların yeni siyahısını hazırlayıb: “Bu həftə AAK-ın toplantısının keçirilməsi və bu ixtisasların təsdiq olunması gözlənilir. Bundan sonra doktoranturaya qəbul üçün nəzərdə tutulmuş ixtisaslarda da dəyişiklik olacaq”.

M. Kərimovun sözlərinə görə, yaxın zamanlarda doktoranturaya qəbul proqramlarının çapına başlanacaq. Qəbul proqramları hər ixtisas üçün ayrıca çap olunacaq. AMEA prezidenti doktorantura imtahanlarının şəffaf və obyektiv keçiriləcəyini vəd edib: “Əyri yollarla alim olmaq mümkün deyil. İnsan alim olmaq istəyirsə, bunun üçün ancaq bilik vacibdir. Doktoranturaya qəbul yay aylarında elan olunacaq. Sentyabr-oktyabr aylarında isə qəbul keçiriləcək”.

Kateqoriya: Tehsil | Baxılıb: 945 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024