Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Aprel » 6 » Dinlə bağlı suallar və cavabları
Dinlə bağlı suallar və cavabları
19:42

40 yaşıma qədər qılmadığım namazların qəzasını qılmalıyam? Onları gündəlik namazların arasında qıla bilərəm? Və bu namazlar nafilə namazlar hesab olunur?
- Bəli, hər bir müsəlman yetkinlik yaşına çatdıqdan sonra qılmadağı namazların qəzasını qılmalıdır. Onları gündəlik vacib namazlardan əvvəl, sonra və aralarında da qılmaq olar. Nafilə isə müstəhəb (qılınması savab olan) namazlara deyilir. Gündəlik vacib namazlar nafilə namazlarını əvəz etmir.

-Övladlarımın mömin olmaması mənim boynumda gunahdır?
- Bir valideyn kimi övladlarınızın tərbiyəsi, təbii ki, sizin üzərinizə düşür. Səhlənkarlığa yol vermiş olsanız, şübhəsiz ki, günahkar özünüz olacaqsınız. Bacardığınız qədər vəzifənizi yerinə yetirsəniz, Allah qarşısında borcunuzu yerinə yetirmiş olarsınız. Sizə və bütün müsəlman valideynlərinə bu işdə Allahdan tofiq diləyirik.

-Möhurlə təyəmmüm etmək olar? Əgər bu düzgün deyilsə, elə təyəmmümlə qıldığım namazlar batildirmi? Bir də qüsl yerinə təyəmmüm edərkən əvvəlcə su ilə dəstəmaz almaq lazımdır?
-Möhürlə təyəmmüm yalnız o zaman düzgün olar ki, möhür kifayət qədər böyük və hər iki əlin içi onun üzərinə çəkilmiş olsun. Bu halda təyəmmümü düzgün hesab etmək olar. Qüsl əvəzi təyəmmümdən əvvəl isə namaz qılmaq üçün dəstəmaz almaq lazım deyil. Lakin yemək, yatmaq və bu kimi işlər qüsl halında məkruh olduğu üçün dəstəmaz almaq olar.

-Deyirlər, dünyasını dəyişmiş Quran oxuyandan sonra tapşırma duası və tapşırma surəsi də oxunmalıdır. Bundan başqa, Quran oxunan zaman onun savabından Peyğəmbərimizə (s.ə.s) də göndərməliyik?-Quran oxuduqdan sonra tapşırma duasını oxumaq müstəhəb (bəyənilən) əməllərdəndir. Tapşırma surəsinə gəldikdə isə adətən tapşırma duasından sonra "Fatihə" və "İxlas" surələri oxunur. Bu, müstəhəbdir. Savabından Peyğəmbərin (s.ə.s) ruhuna göndərmək də eyni ilə belədir. Yəni göndərə də, göndərməyə də bilərsiniz, bu, vacib əməl deyil. Allah qəbul etsin!

-Mən bir müddət dayımgildə qaldım və bu müddət ərzində onlarda şampun, diş məcunu və s. istifadə etdim. Bunun ücün əvvəlcədən icazə almalıydım?
-Ümumiyyətlə, başqalarının əşyalarından istifadə etməzdən əvvəl icazə almaq lazımdır. Lakin yaxınlarınızın icazə verəcəyindən əmin olduğunuz təqdirdə icazə almaya da bilərsiniz.

-Boynunda cənabət qüslü olan şəxs su olduğu halda, təyəmmüm edə bilər?
-Boynunda cənabət qüslü olan şəxs belə vəziyyətdə yalnız o zaman təyəmmüm edə bilər ki, sudan istifadə həmin şəxsin xəstələnməsinə, su ehtiyatının tükənməsinə səbəb olsun. Eyni zamanda vaxtın darlığını nəzərə alaraq qüsl əvəzi təyəmmüm etmək də olar.

Karvan

Kateqoriya: Din ve Muzakireler | Baxılıb: 1388 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 3
Qonaqlar 3
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024