Başlıq » 2010 » İyun » 23 » DÇ-2010: Uruqvay, Meksika, Argentina, Cənubi Koreya növbəti mərhələdə
DÇ-2010: Uruqvay, Meksika, Argentina, Cənubi Koreya növbəti mərhələdə
14:26
CAR-da keçirilən futbol üzrə dünya çempionatının A və B qruplarında mübarizə başa çatıb.
A qrupundan Uruqvay və Meksika milliləri 1/8 final mərhələsinə yüksəlib. Son turda qrupda məhz bu komandalar üz-üzə gəlib. Uruqvayın 1:0 hesablı qələbəsi ilə bitən matç hər iki millini növbəti mərhələyə yüksəldib. Qrupun digər oyununda Fransa meydan sahibi CAR-a 1:2 hesabı ilə məğlub olub.
B qrupundan 1/8 final mərhələsinə Argentina ilə Cənubi Koreya yüksəlib. Argentina Yunanıstanı 2:0 məğlub etməklə, qrupda 3 oyuna 3 qələbə qazanan ilk komanda olub. Digər qarşılaşma isə Cənubi Koreya ilə Nigeriya arasında keçirilib. 2:2 hesablı bərabərlik koreyalıların pley-off mərhələsinə yüksəlməsini təmin edib.