Başlıq » 2010»İyun»18 » DÇ – 2010: Bu gün növbəti oyunlar keçiriləcək
DÇ – 2010: Bu gün növbəti oyunlar keçiriləcək
14:15
Bu gün Dünya Çempionatı – 2010-da növbəti oyun gününə start verilir. İlk oyun saat 16:30-da start götürəcək. Almaniya yığması Serbiya kollektivi ilə qarşılaşacaq.
Günün ikinci oyunu isə Sloveniya və ABŞ yığmaları arasında oynanılacaq. Bu oyun saat 19:00-da olacaq. Nəhayət mundialın ilk həftəsinin son oyunu isə saat 23:30-da İngiltərə və Əlcəzair komandaları arasında oynanılacaq.
Qeyd edək ki, ilk oyunlarda Almaniya yığması Avstraliya üzərində 4:0 hesabı ilə qələbə qazanıb. Serbiya isə Qanaya 0:1 hesabı ilə uduzub. Sloveniya – Əlcəzair oyunu 1:0, İngiltərə - ABŞ matçı isə 1:1 hesabı ilə yekunlaşmışdı.