Şağan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında start götürən Beynəlxalq turnir başa çatıb. Şağan Olimpiya İdman Kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunan sayca 34-cü beynəlxalq cüdo turnirinə yekun vurulub.
Cüdoçularımız Həzi Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq Bakı turnirində 12 qızıl, 11 gümüş və 20 bürünc medal qazanıblar.
Beynəlxalq Bakı turnirində Azərbaycan idmançıları ilə bərabər,Türkiyə, Rusiya, İran və Gürcüstanın yeniyetmə cüdoçular ilə birgə ümumlikdə 200 yaxın yeniyetmə tatami ustaları qüvvəsini sınayıb.
Azərbaycan bu nəticə ilə komanda hesabında birinci , Türkiyə İkinci , Gürcüstan üçüncü və İran komandası beynəlxalq turnirin dürdüncüsü olub.