UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparan Bakının "İnter" klubu bu gün Polşada "Lex" klubuna qarşı cavab oyununa çıxacaq. Oyun Poznan şəhərinin “Meyski” stadionunda baş tutacaq.
Saat 23:00-da start götürəcək qarşılaşmanı serbiyalı baş hakim Milorad Majiç idarə edəcək. “Lex” – “İnter” cütlüyünün qalibi III mərhələdə “Metallurq” (Latviya) – “Sparta” (Çexiya) klublarının qalibi ilə görüşəcək.
Xatırladaq ki, “İnter” – “Lex” klubları arasında oynanan ilk oyunda polşalılar 1:0 hesabı ilə qələbə qazanmışdılar.