UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində 32 komanda 8 qrupda mübarizə aparacaq.
Həmyerlimiz Vaqif Cavadovun çıxış etdiyi “Tvente” turnirin qalibi “İnter”ə, Türkiyə çempionu “Bursaspor” isə adlı-sanlı “Mançester Yunayted”ə rəqib olub.
Çempionlar Liqasının ən titullu klubu “Real”ın isə rəqibləri məşhur “Milan”, “Ayaks” və “Oser”dir.
A qrupu: “İnter” (İtaliya), “Verder” (Almaniya), “Tottenhem” (İngiltərə), “Tvente” (Hollandiya)
B qrupu: “Lion” (Fransa), “Benfika” (Portuqaliya), “Şalke” (Almaniya), “Hapoel” (Təl-Əviv, İsrail)
C qrupu: “Mançester Yunayted” (İngiltərə), “Valensiya” (İspaniya), “Reyncers” (Şotlandiya), “Bursaspor” (Türkiyə)
D qrupu: “Barselona” (İspaniya),“Panatinaikos” (Yunanıstan), “Kopenhagen” (Danimarka), “Rubin” (Rusiya)
E qrupu: “Bavariya” (Almaniya), “Roma” (İtaliya), “Bazel” (İsveçrə), “Kluj” (Rumıniya)
F qrupu: “Çelsi” (İngiltərə), “Marsel” (Fransa), “Spartak” (Moskva, Rusiya), “Jilina” (Slovakiya)
G qrupu: “Milan” (İtaliya), “Real” (İspaniya), “Ayaks” (Hollandiya), “Oser” (Fransa)
H qrupu: “Arsenal” (İngiltərə), “Şaxtyor” (Ukrayna), “Braqa” (Portuqaliya), “Partizan” (Serbiya)