Tofiq Bəhramov adına Respublika stadionunun demək olar ki, bütün sektorlarına giriş pulsuz olacaq
Unibank Premyer Liqasının qalibi Bakının "İnter" klubu bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Polşanın "Lex" klubu ilə qarşılaşacaq. Klubdan verilən məlumata görə, oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun demək olar ki, bütün sektorlarına giriş pulsuz olacaq. Bilet satışı yalnız 13-16-cı sektorlara şamil olunacaq. Digər sektorlara biletlər “İnter”PİK-in baş sponsoru tərəfindən alınıb və sadalanan sektorlara giriş azad olacaq.
“İnter”PİK-in rəhbərliyi futbol azarkeşlərini Tofiq Bəhramov adına Respublika Stadionuna dəvət edir və komandını dəstəkləməyə çağırır.