Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə iki oyunla start verilib. “Barselona” İspaniyada “Arsenal”ı (İngiltərə), “Şaxtyor” isə Ukraynada “Roma”nı (İtaliya) qəbul edib.
Hər iki oyunda meydan sahibləri qalib gəlib. Həm “Barselona”, həm də “Şaxtyor” rəqiblərinin qapısından 3 top keçiriblər. Lakin “Roma”dan fərqli olaraq, “Arsenal” qol vura bilib. Qonaqların azlıqda qalmaları da Ukrayna və İspaniya təmsilçilərinin işinə yarayıb. Nəticədə “Şaxtyor”la “Barselona” ¼ finala yüksəlib.
"Şaxtyor" (Ukrayna) - "Roma" (İtaliya) - 3:0
Tomas Hübşman, 18. Villian, 58. Eduardo, 87
Qırmızı vərəqə: Filip Mekses, 41 ("Roma)
İlk oyun – 3:2
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında Ukraynanın “Şaxtyor” klubu İtaliyanın “Roma” komandasını qəbul edib. “Şaxtyor” 3:0 hesabı ilə qalib gəlib və ¼ finala vəsiqə qazanıb.
Qarşılaşmada qolları Tomaş Hyubşman (18-ci dəqiqə), Villian (58-ci dəqiqə) və Eduardo (87-ci dəqiqə) vurublar.
"Barselona" (İspaniya) - "Arsenal" (İngiltərə) - 3:1
Lionel Messi, 45; 71. Xavi Ernandes, 69 - Serxio Buskets, 53-öz qapısına
Qırmızı vərəqə: Robin van Persi, 56 (“Arsenal”)
İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərənin “Arsenal” klubu ilə qarşılaşıb. İspanlar 3:1 hesabı ilə qalib gəliblər və ¼ finala çızıblar.
Qarşılaşmada “Barselona”nın qollarını Lionel Messi (45-ci və 71-ci dəqiqələr) və Xavi (69-cu dəqiqə) vurublar. “Arsenal”ın yeganə qolunun müəllifi isə yenə “Barselona”nın oyunçusu olub. Buskets topu öz qapısından keçirilib.