Başlıq » 2010»May»12 » Bütün şəxsiyyət vəsiqələri dəyişdiriləcək
Bütün şəxsiyyət vəsiqələri dəyişdiriləcək
00:15
Bu barədə Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı məlumat verib
Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” qanunlarına dəyişiklik və əlavələr edilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalının ANS-ə verdiyi məlumata görə, qanuna edilən düzəlişlər səxsiyyət vəsiqəsinin üstündə etibarlılıq müddətinin göstərilməsi ilə bağlıdır.
Millət vəkilinin sözlərinə görə, qanun imzalanması üçün Azərbaycam Prezidentinə göndəriləcək. Dövlət başçsının imzalamasından sonra, qanunlara edilmiş əlavə və dəyişikliklər qüvvəyə minəcək. Bundan sonra isə bütün respublika vətəndaşlarının hazırkı şəxsiyyət vəsiqələri etibarsız sayılacaq. Bu səbəbdən də bütün respublika vətəndaşlarının şəxsiyyət vəsiqələri dəyişdiriləcək.
Millət vəkili onu da bildirib ki, qanuna edilən dəyişikliklərdən biri də vətəndaşlara elektron vəsiqənin verilməsidir.