Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyun » 21 » Buraxlış imtahanının nəticələri açıqlandı
Buraxlış imtahanının nəticələri açıqlandı
20:11

XI sinif şagirdlərinin nəticələri Təhsil Nazirliyinin saytında yerləşdirilib

Orta təhsil səviyyəsi üzrə (XI sinif) buraxılış imtahanlarının nəticələri yekunlaşdırılıb. İmtahan aparılan fənlər üzrə şagirdlərin attestatına yazılacaq yekun qiymətləri barədə məlumatlar Təhsil Nazirliyinin internet saytının ((www.edu.gov.az) imtahan bölməsində yerləşdirilib. Şagirdlər attestat qiymətləri ilə yanaşı, alacaqları attestatların seriya və nömrələrini görə biləcəklər.

Təhsil naziri Misir Mərdanov : “İlkin nəticələr göstərir ki, bu il attestat alacaq şagirdlərin sayı əvvəlki illərlə müqayisədə daha çox olacaq. Bu il imtahanda qeyri-kafi qiymət alanlar xeyli azdır”.

M.Mərdanov bildirib ki, iyun ayının 26-a qədər hər bir 11-ci sinif şagirdinin attestatı onun özünə çatdırılacaq: “Bundan sonra şagirdlər attestatlarını ali məktəbə sənəd vermək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edə biləcəklər”.

Əsas təhsil səviyyəsi üzrə (IX sinif) buraxılış imtahanlarının nəticələrinə görə imtahan fənləri üzrə şagirdlərin şəhadətnaməsinə yazılacaq qiymətlər haqqında məlumatlar 23 iyunda Təhsil Nazirliyinin internet saytında (www.edu.gov.az) yerləşdiriləcək.

İimtahanın nəticələri ilə bağlı ərizə və şikayətlər şagirdin təhsil aldığı şəhər və rayon təhsil şöbələrində qəbul ediləcək. O cümlədən, Bakı şəhərində təhsil almış şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə şəhərində təhsil almış şagirdlər Gəncə Şəhər Təhsil İdarəsinə, Abşeron rayonunda təhsil almış şagirdlər Abşeron rayon Təhsil Şöbəsinə və s. müraciət edəcəklər. Yerlərdə imtahanla bağlı ərizə və şikayətlərin qəbulu 26 iyun 2010-cu il tarixədək davam edəcək.

Kateqoriya: Tehsil | Baxılıb: 1223 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024