Bu barədə təhsil naziri Misir Mərdanov əmr imzalayıb Təbii fəlakət nəticəsində əhali tərəfindən tərk edilmiş yaşayış məntəqələrindəki ümumtəhsil məktəblərinin şagirdləri psixoloji sarsıntıya məruz qaldıqlarına, imtahanlara hazırlaşmaq imkanından məhrum olduqlarına görə buraxılış imtahanlarından azad edilib. Bu barədə təhsil naziri Misir Mərdanov əmr imzalayıb. Əmrə görə imtahandan azad olan məktəblərin şagirdlərinə müsbət illik qiymətlər əsasında müvafiq təhsil sənədi veriləcək.
Aşağıdakı rayonların qeyd olunan məktəblərinin IX və XI sinif şagirdləri buraxılış imtahanlarından azad edilib:
1.1. Hacıqabul rayonu Xilə kənd əsas məktəbi, Abdulabad, Ağacanlı, Meynəman, Talış, Kolanı kənd orta məktəbləri.
1.2.Saatlı rayonu Dəllər və Novruzlu kənd əsas məktəbləri, Nərimankənd kənd orta məktəbi.
1.3.Saatlı rayonu Nərimankənd kəndində yerləşən Cəbrayıl rayonu 2 nömrəli orta məktəb.
1.4.Sabirabad rayonu Əsgərbəyli kənd əsas məktəbi, Qaragünə kənd 2 nömrəli, Balahəşimxanlı, Ələmbəyli, Mürsəlli, Qasımbəyli, Ulacalı, Yuxarı Axtaçı kənd orta məktəbləri.
1.5.İmişli rayonu Allahmədətli kənd əsas məktəbi, Ağamallar, Əlyetməzli, Məmmədli, Telişli kənd orta məktəbləri.