Mütəxəssislər insan sağlamlığı üçün faydalı olan qidaların adlarını açıqlayıblar  Mütəxəssislər insan sağlamlığı üçün yararlı olan bitkilərin siyahısını hazırlayıblar. Siyahıda 60-a yaxın bitki yer alıb. 
 Moruq 
 C vitamini, kalsium, dəmir, folikasitlə zəngindir. Virus və bakteriyalardan qoruyur, xərçəng yaranma riskini azaldır. 
 Avokado 
 Tərkibində doymamış yağ asidləri var. Ürək və qan dövranı üçün faydalıdır. Xərçəngdən qoruyur. 
 Kələm 
 C vitamini, az miqdarda B vitamini, kalsiumli ağ və qırmızı kələm immuniteti gücləndirir, streslə savaşır. 
 Noxud 
 Protein, maqneziumla boldur. Xolestrolu salır, bağırsaq xərçəngi riskini azaldır. 
 Brokoli 
 Maqnezium, A və C vitamini ilə zəngindir. Xərçəngdən qoruyur, əzələləri gücləndirir. 
 Qoz-findıq 
 B və E vitamini, dəmir var. Sakitləşdirir, yuxu gətirir və stresi azaldır. 
 Dana əti 
 Ətdə dəmir, protein var. O, soyuqdəyməni, öskürək və qripə qarşı yaxşı vasitədir. 
 Dəniz məhsulları 
 Tərkiblərində Omega3 yağ asidi olur. Xolestrolu tənzimləyir, infarkt riskini azaldır. 
 Pomidor 
 Folikasitlə zəngin olan pomidor xərçəngin bəzi növlərindən qoruyur, hüceyrəmi yeniləyir. 
 Alma 
 Dəmir, A-C vitamini mənbəyi olan alma immuniteti gücləndirir, infarkt riskini azaldır. 
 Alça 
 Dəmir və B vitamini ilə boldur. Bədəndəki artıq suyun çıxarılmasına yol açır, enerji verir. 
 Buğda 
 Buğda beyni və sinirləri bəsləyir, yaddaşı və zehni gücləndirir. 
 Lobya 
 Dəmir, kalsium, B və C vitamini, protein tərkibli bu məhsul qan və hüceyrə yaranmasına kömək edir. 
 Quş üzümü 
 Tərkibində C vitamini, kalsium var. Əsəb və immuniteti gücləndirir. 
 Qreyfurt 
 Folikasit, C vitamini var. Qan təzyiqini azaldır, qan yaradır. 
 Yerkökü 
 A vitamini var. Spermanı artırır, infeksiyalardan qoruyur. 
 İspanaq 
 A vitamini, folikasit, maqnezium, E vitamini ilə zəngindir. Sinirləri gücləndirir. Xüsusilə hamilələrə tövsiyə edilir. 
 Qovun 
 Maqnezium və kalsium tərkibli qovun bədəndə suyu tənzimləyir. 
 Qırmızı üzüm 
 Yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır. 
 İtburnu 
 C və E vitamini, dəmirlə boldur. Soyuqdəymə, qripə qarşı qoruyur. 
 Kivi 
 C vitamini və sairə başqa minerallar ilə zəngindir. Çəkini azaldır. İmmuniteti gücləndirir. 
 Limon 
 C vitaminin məbəyidir. Limon mədə xərçəngi riskini azaldır. 
 Göbələk 
 Kalsium, maqnezium tərkibli göbələk əzələləri gücləndirir, saç və dırnaqlara faydalıdır. 
 Mərcimək 
 Yorğunluğu aradan qaldırır, stresdən qoruyur. 
 Qarğıdalı 
 Maqnezium və B vitamini mənbəyidir. Streslə savaşır, bağırsaq xərçənginin qarşısını alır. 
 Banan 
 B6 vitamini, maqnezium var. Rahataladır və yatmağa kömək edir. 
 Çobanyastığı 
 C vitaminli çöl çiçəyi ürək xəstəliklərindən qoruyur, stresi azaldır. 
 Kartof 
 Tərkibində minerallar, C vitamini, protein var. Xərçəngdən qoruyur, bədəni toksinlərdən təmizləyir. 
 Pendir 
 Protein, kalsium var. Sümükləri gücləndirir, sinirləri qoruyur. 
 Portağal 
 Meyvə B və C vitamini, kalsium, seleniumla boldur. Bədəndəki artıq suyun ifraz edilməsinə kömək edir. 
 Sarımsaq 
 İmmuniteti gücləndirir. 
 Soya yağı 
 E vitamini, proteinli yağ xərçəng riskini azaldır. 
 Süd 
 Kalsium, D, A və B2 vitaminləri ilə zəngindir. Sümükləri gücləndirir, bağırsaq xərçənginə qarşı faydalıdır. 
 Qara turp 
 C vitamini, kalsium, dəmir mənbəyidir. İmmuniteti gücləndirir və qan dövranını yaxşılaşdırır. 
 Bibər 
 A və C vitamini ilə bol bibər baş ağrısının dərmanıdır. 
 Qatıq 
 Ağartı kalsium, B12 vitamini ilə zəngindir. Bağırsaq xərçənginə yoluxmadan qoruyur. 
 Yulaf 
 Tərkibində karbonhidrat, dəmir, maqnezium, B vitamini var. Enerjivericidir. 
 Zeytunyağı 
 Doymamış yağ asidi, E vitamini ilə zəngindir. Xolestrolu tənzimləyir, hüceyrələri qoruyur. 
 Çiyələk 
 Tərkibində C vitamini, kalsium var. İmmuniteti möhkəmləndirir, metabolizmanı tənzimləyir.