Başlıq » 2011 » May » 17 » Bu il Azərbaycanda doktoranturaya 500-ə yaxın şəxs qəbul olunacaq
Bu il Azərbaycanda doktoranturaya 500-ə yaxın şəxs qəbul olunacaq
18:41
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktoranturaya qəbulla bağlı veriləcək elan üzərində iş aparılır. Yay aylarında doktoranturaya qəbulla bağlı elan veriləcək, sentyabr ayında sənədlər təhlil olunacaq.
Oktyabr-noyabr aylarında isə doktoranturaya qəbul həyata keçiriləcək. APA-nın məlumatına görə, bu barədə AMEA prezidenti Mahmud Kərimov bildirib. AMEA prezidenti doktoranturaya qəbul aparılacaq ixtisasların azalması ilə bağlı fikirləri qəbul etmədiyini deyib: “Bu ixtisaslar azalmayıb, sadəcə, sistemləşdirilib və Avropa standartlarına uyğunlaşdırlıb”.
M. Kərimov qeyd edib ki, bu il AMEA üzrə 200, respublika üzrə isə təxminən 500-ə yaxın şəxs doktoranturaya qəbul olunacaq.