Daha 25 binanın tikintisinə başlanılıb Bu il respublika üzrə 17434 şagird yerlik 49 yeni məktəb binasının, 10 mövcud məktəbə 1418 şagird yerlik əlavə tədris korpuslarının inşası başa çatdırılıb. Təhsil Nazirliyinin məlumatına görə, bundan əlavə 7 ümumtəhsil məktəbi, 2 peşə liseyi, 3 körpələr evi-uşaq bağçası əsaslı, 356 ümumtəhsil məktəbi, 9 peşə liseyi, 52 körpələr evi-uşaq bağçası və 5 məktəbdənkənar təhsil müəssisəsi cari təmir olunub. 2010-cu ildə daha 6980 şagird yerlik 25 yeni məktəb binasının tikintisinə başlanılıb.
|