Respublikanın iki bölgəsini əhatə edən bu imtahanlarda ümumilikdə 24365 şagird biliyini sınayıb Bu gün respublikanın bir Mərkəzi Aran və cənub regionlarında on birinci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. İmtahanlarda Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarından olan ümumtəhsil məktəblərinin məzunları iştirak edib. İmtahanlarda ümumilikdə 24365 şagird biliyini sınayıb. Onlar 81 imtahan mərkəzində imtahan veriblər. Həmin rayonlar üzrə ötən tədris illərində attestat ala bilməyən 2247 nəfər XI sinif məzunu da bu gün 22 imtahan mərkəzində imtahan verib. Qeyd olunan rayonların ümumtəhsil məktəblərinin IX sinif şagirdləri isə iyunun 12-də imtahan verəcək və 83 imtahan mərkəzində keçiriləcək imtahanlarda 35553 IX sinif şagirdi iştirak edəcək.
|