Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » May » 31 » Bu gün "Son zəng"dir
Bu gün "Son zəng"dir
11:21

Bu gün 104037 şagird üçün son zəng çalınacaq

Bu gün ölkənin ümumtəhsil müəssisələrində 2009-/2010-cu tədris ilinin son zənci çalınır. Ötən il olduğu kimi, bu il də orta məktəblərdə son zəng tədbirləri təhsil nazirinin əmri ilə yalnız hər bir məktəbin inzibati ərazisindən keçirilir.İctimai asayişi təmin etmək üçün gücləndirilmiş iş rejiminə keçmiş paytaxt polisi orta ümumtəhsil məktəbləri, park və meydanları nəzarətdə saxlayacaq.

Təhsil Nazirliyindən bildiriblər ki, bu il ölkənin orta ümumtəhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 104037 şagird bitirir. Bu göstərici 2007-ci ildə 116812, 2008-ci ildə 117535, ötən il isə 113186 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2007-ci ildə 524, 2008-ci ildə 311, 2009-cu ildə 637 nəfər olduğu halda, bu il onların sayı 720 nəfərdir.

2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayı 118581 nəfər olub. Bu göstərici 2007-ci ildə 117921, 2008-ci ildə isə 119600 nəfər təşkil edib. 2010-2011-ci tədris ilində isə ümumtəhsil məktəblərinin I sinfinə 123844 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Bu gün həm də ali təhsil müəssisələrində smestrlərin rəsmən başa çatdığı gündür. Bu il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 95145 tələbə təhsil alır. Onlardan 88023 nəfər bakalavr, 7122 nəfər magistr pilləsində oxuyur. Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 22814 nəfər tələbə təhsil alır ki, onların da 20062 nəfərini bakalavriatlar, 2752 nəfərini isə magistrlər təşkil edir.

Özəl ali təhsil müəssisələrində oxuyan 21878 tələbədən 21260-ı bakalavriat, 618-i isə magistrdir. Onlardan son kurslarda 6297 nəfər bakalavriat, 269 nəfər magistr təhsil alır.

Xatırladaq ki, son zəng tədbirləri ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi bu gün gücləndirilmiş iş rejimində çalışacaq.Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, artıq bununla əlaqədar idarədə xüsusi tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən, 31 may tarixində Bakı şəhər Baş Polis İdərəsinin polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək və "Son zəng"lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

Kateqoriya: Tehsil | Baxılıb: 764 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2010  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024