Avropa Liqasının pley-off mərhələsinin ilk görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” cari mövsümdə beynəlxalq səviyyəli 7-ci oyununa çıxıb.
Makedoniyanın “Metallurq”, Şimali İrlandiyanın “Portadaun” və Polşanın “Visla” klublarını mübarizədən kənarlaşdıran Qurban Qurbanovun yetirmələri bu dəfə daha ciddi sınağa çıxıb. Ağdamlılar Almaniyada “Borussiya”nın qonağı olub ki, bu qarşılaşmada öz qapısından 4 cavabsız top buraxıblar.
Almanlar matçın taleyini ilk 45 dəqiqədə həll ediblər. Kaqava və Barrioasun dublları sayəsində 4:0 hesablı qələbə qazanan “Borussiya” 1 həftə sonra Bakıda keçiriləcək cavab matçına rahat gələcək.