Bütün dərsliklərin rayon məktəblərinə çatdırılması prosesi yekunlaşmaq üzrədir Təhsil Nazirliyi yeni dərs ilinə hazırlıqları başa çatdırmaq üzrədir. Artıq yeni avadanlıq və dərs vəsaitləri ilə təmin olunacaq məktəblərin pay bölgüləri həmin təhsil müəssisələrinə çatdırılır.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yeni dərs ili ərəfəsində daha bir neçə dərslik yenidən hazırlanıb. Məsələn, IX sinif şagirdləri üçün "Coğrafiya", XI sinif üçün "İnformatika" və "Ən yeni tarix", habelə “Azərbaycan Respublikasının Konstitusiyası” dərslikləri yenidən hazırlanıb. Həmin dərsliklərin hər birində ciddi dəyişikliklər var.
Nazirlikdə bildirirlər ki, həm ibtidai, həm də yuxarı sinif şagirdləri üçün daha bir neçə dərslik əvvəlki variantlarda yenidən çap edilib. Artıq V-XI sinif şagirdləri üçün bütün dərsliklərin rayon məktəblərinə çatdırılması prosesi yekunlaşmaq üzrədir.