Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2566

Başlıq » 2011 » Mart » 29 » Belçika – Azərbaycan oyunu canlı yayımlanacaq
Belçika – Azərbaycan oyunu canlı yayımlanacaq
21:42

Oyun Bakı vaxtı ilə 23:45-də start götürəcək.

Millimiz Avro-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyuna çıxır. Komandamız bu gün Brüsseldəki Rua Boduen stadionunda Belçika yığma komandası ilə qarşılaşacaq.

Belçika - Azərbaycan oyunu AzTV vasitəsilə canlı yayımlanacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Oyunu aşağıdakı hakimlər idarə edəcək:
Baş hakim: Daniel Stalhammer
Baş hakimin köməkçiləri: Peter Martinsson, Yoakim Flink
Dördüncü hakim: Martin Hansson
(Hakimlər briqadası İsveçdəndir)

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Belçika – Azərbaycan matçı üçün artıq günortaya qədər biletlərin artıq 26 mindən çoxu satılıb. Belçika – Azərbaycan matçının keçiriləcəyi 50 min 122 tamaşaçı tutumuna malik Rua Boduen stadionunun oyun saatınadək dörddə üç hissəsinin azarkeşlərlə dolacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Belçika – Azərbaycan oyununda millimizi dəstəkləmək istəyən azarkeşlər üçün Belçika Futbol Federasiyası tərəfindən Brüsseldəki Rua Boduen stadionunun 2-ci tribunasının A sektoru ayrılıb. AFFA rəhbərliyi də qarşılaşmada millimizi kompakt şəkildə dəstəkləmək üçün stadiona gələcək azarkeşlərə müraciət edib. Onlardan biletləri məhz həmin sektora almaları xahiş olunur.

Bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq görüşdə millimizi dəstəkləmək istəyən xaricdə yaşayan həmvətənlərimizə şərait yaratmaq məqsədilə AFFA öz vəsaiti hesabına 100 bilet alaraq Azərbaycan Respublikasının Belçikadakı səfirliyinə verib və səfirliyin nümayəndələri biletləri müvafiq qaydada azarkeşlərə paylayır.

Qeyd edək ki, bu gün futbol üzrə 2012-ci il Avropa çempionatının digər seçmə qrup oyunları da keçiriləcək. Ümumilikdə 10 oyun baş tutacaq. Həmçinin yoldaşlıq görüşləri də olacaq.

A qrupu

22:30. Türkiyə - Avstriya

23:45. Belçika – AZƏRBAYCAN

C qrupu

23:30. Estoniya – Serbiya

23:45. Şimali İrlandiya – Sloveniya

D qrupu

22:45. Rumıniya – Lüksemburq

E qrupu

22:00. İsveç – Moldova

23:30. Hollandiya – Macarıstan

F qrupu

21:05. İsrail – Gürcüstan

İ qrupu

20:30. Çexiya – Lixtenşteyn

23:45. Litva – İspaniya

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Kateqoriya: Idman | Baxılıb: 623 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2020