Çempionlar Liqasında IV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son oyun günü daha məhsuldar alınıb. Baş tutan 8 qarşılaşmada qapılara 32 qol vurulub. Gecənin mərkəzi görüşü İtaliyada keçirilib. “San Siro” stadionun turnirin ən çox qalibləri olan “Milan” və “Real” üz-üzə gəlib. İspaniyalılar öncə hesabı açsalar da, fasilədən sonra meydana çıxan İnzaqi 2 qol vuraraq, komandasını hesabda irəli çıxarıb. Amma matçın son dəqiqələrində “Kral klubu” məğlubiyyətdən qaça bilib.
Günün ən qollu oyunu isə Slovakiyada keçirilib ki, Fransa “Marsel”i meydan sahibləri “Jilina”nın qapısından nə az, nə çox – 7 cavabsız top keçirib.
“Bavariya” Rumıniyada ÇFR-i, “Çelsi” isə Londonda Moskva “Spartak”ını məğlub etməklə, 1/8 finala yüksəliblər.
3 noyabr
E qrupu
“Bazel” (İsveçrə) – ”Roma” (İtaliya) - 2:3
Fray, 69; Şaqiri, 82 - Menez, 17; Totti, 26 (pen); Greko, 76
ÇFR (Rumıniya) – “Bavariya” (Almaniya) - 0:4
Mario Qomeş, 13; 23; 71; Müller, 90
F qrupu
“Çelsi” (İngiltərə) – “Spartak” (Rusiya) - 4:1
Anelka, 49; Droqba, 62 (pen); İvanoviç, 66; 90+3 - Bajenov, 86
“Zilina” (Slovakiya) – “Marsel” (Fransa) - 0:7
Gignas, 12; 21; 55; Heynza, 24; Remi, 37; Luço Qonsales, 52; 64
G qrupu
“Oser” (Fransa) – “Ayaks” (Hollandiya) - 2:1
Sammaritano, 9; Langil, 83- Aldervereld, 80
“Milan” (İtaliya) – “Real” (İspaniya) - 2:2
İnzaqi, 68; 77 - İquain, 45; Pedro Leon, 90+4
H qrupu
“Partizan” (Serbiya) – “Braqa” (Portuqaliya) - 0:1
Moyzes, 35
“Şaxtyor” (Ukrayna) – “Arsenal” (İngiltərə) - 2:1
Çiqrinski, 27; Eduardo, 45 - Uolkott, 10