Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Aprel » 11 » “Baku Fires” “Paris Yunayted”i məğlub etdi
“Baku Fires” “Paris Yunayted”i məğlub etdi
18:59

“Baku Fires” boks klubu WSB liqasında ilk yarımfinal görüşünü keçirib.

Komandamız “Sərhədçi” İdman Olimpiya Mərkəzində Fransanın “Paris United” klubu ilə qarşılaşıb.

İlk olaraq rinqə çəkisi 54 kq olan boksçular çıxıb. Məhəmməd Abdulhəmidovun gürcü boksçusu Georgi Kilanava ilə döyüşü çətin keçib. Buna baxmayaraq, toyundan bir gün əvvəl rinqə çıxan idmançı komandamıza ilk qələbəni qazandırıb. Hər 3 hakim Abdulhəmidovun qələbəsini qeydə alıb.

“Baku Fires”in rusiyalı legioneri Semyon Qrivaçyov Abdulkader Çadi ilə görüşdə favorit sayılırdı. Əlcəzairli boksçunun WSB liqasındakı debütü uğursuz alınıb. Qrivaçyovun qələbəsindən sonra hesab 2:0 olub.

73 kq-da mübarizə aparan Məhəmməd Nuritdinovun qələbəsi isə daha asan alınıb. Təcribəli boksçu “Paris United”in fransalı idmançısı Stefan Kuevası rinqə çıxmağa peşman edib. İkinci raundda zədələnən Kuevas döyüşü davam etdirə bilməyib.

Bu günlərdə Ukrayna çempionatında gümüş medal qazanan Denis Poyatsıka rəqibin ən güclü idmançısı Lüdovik Qroq ilə üz-üzə gəlib. Fransa boksçusu WSB-nin reytinqində ilk sırada yer almaqla, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya uğrunda döyüşmək imkanı qazanıb. Fiziki cəhətdən Poyatsıkadan üstün təsir bağışlayan fransalı boksçu komandasına ilk qələbəni qazandırıb.

Superağır çəki dərəcəsində isə komandamızın liderlərindən biri Məhəmmədrəsul Məcidov Tonu Yoka ilə qarşılaşıb. 18 yaşlı Yoka yeniyetmələrin ilk olimpiadasının qalibi olmaqla yanaşı, həm də gənclər arasında dünya birinciliyinin gümüş mükafatçısıdır. Boyu 2 metr olan fransalı boksçu Məcidova ciddi müqavimət göstərməyi bacarıb. Bununla belə, qələbəni Azərbaycan idmançısı bayram edib.

Beləliklə, 4:1 hesabı ilə qələbə qazanan “Baku Fires” cümə günü gecə keçiriləcək cavab görüşü öncəsi yaxşı üstünlük əldə edib.

Qeyd edək ki, digər yarımfinalda Qazaxıstanın “Astana Arlans” klubu ABŞ-nın “Los Angeles Matadors” komandasını 4:1 hesabı ilə məğlub edib.

“Baku Fires” - “Paris United” komandalarının cavab qarşılaşması aprelin 15-də Fransada keçiriləcək.

Kateqoriya: Idman | Baxılıb: 626 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024