Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtda böyük təhsil sərgisinin keçirilməsi nəzərdə tutulur.
Bu barədə APA-ya BŞTİ-nin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyev məlumat verib.
Onun sözlərinə görə, bu sərgi idarənin 5 illik fəaliyyətinə həsr ediləcək: “Avqustda idarənin fəaliyyət göstərməyinin 5 il avqust ayında tamam olacaq. Bununla əlaqədar avqust-sentyabr aylarında təhsil sərgisinin keçirilməsi nəzərdə tutulur”.