"Müşfiq" stansiyası gələn ilin mayı ayında istifadəyə veriləcək
Gələn ilin may ayında Bakı Metropoliteninin daha bir stansiyası istifadəyə veriləcək. Bu barədə Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov məlumat verib. Onun sözlərinə görə, yeni stansiya “Həzi Aslanov” – “Memar Əcəmi” xəttində, “Azadlıq prospekti” stansiyasından sonra yerləşir. Stansiya hazırda şərti olaraq “Müşfiq» adlanır”.
Metropoliten rəsmisi hazırda tikinti işlərinin qrafik üzrə davam etdiyini vurğulayıb.
Qeyd edək ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 22 stansiyası və 1 deposu var. Xatırladaq ki, 2009-cu ilin noyabr ayının 10-da Azərbaycan prezidenti tərəfindən “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalanıb.