Yarışa 26 məktəbdən 120 minə qədər şagird qatılıb.
Bu gün Bakı şəhər Təhsil İdarəsinin təşəbbüsü ilə bilik yarışması keçirilib. Yarışa paytaxtın 326 ümumtəhsil məktəbindən 120 minə qədər şagird qatılıb. Bütün fənlər üzrə keçirilən yarışmada 5-ci sinifdən 11-ci sinfə qədər olan şagirdlər iştirak ediblər. Bilik yarışması 3 mərhələdən ibarətdir.
Üçüncü mərhələdə şəhər turundan keçən şagird respublika olimpiadasına qatılacaq. Buradan da qalib çıxan 11-ci sinif şagirdi mərkəzləşdirilmiş test imtahanlarından azad olacaq. Ümumilikdə, bütün qaliblər isə fəxri fərmanlarla təltif olunacaq və təhsil idarəsinin xüsusi hədiyyələrinə layiq görüləcəklər. Yarışmanın isə mart ayında yekunlaşması planlaşdırılır.