Bu gün bayram axşamıdır. Bütün ölkə ərazisində bayram keçirilir. Bakının mərkəzi küçə və prospektləri Novruzun gəlişi münasibəti ilə bəzədilib. Bulvarın bir neçə istiqamətində səmənilər göyərdilib. Əsas bayram tədbirləri Dənizkənarı Milli Parkın ərazisində və Qız Qalasının ətrafında keçirilir.
Milli Parkda incəsənət ustalarının iştirakı ilə şəhərimizin sakinləri və qonaqlar üçün xüsusi proqram təşkil edilib. Bu gün Dənizkənarı Milli Parkda keçirilən bayram konserti axşam atəşfəşanlıqla başa çatacaq.
Yeri gəlmişkən onu da qeyd edək ki, bayram tədbirlərinin keçirilməsi ilə əlaqədar paytaxtın mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Qeyd edək ki, bahar Azərbaycana qədəm qoymasına 11 saatdan az vaxt qalır.
Sözün düzü dünənkindən fərqli olaraq, bugün Bakıda, eləcə də mərkəzində o qədər də bayram əhvalı hiss olunmurdu.Amma ötən illərin bu günündə şəhərdə çox gözəl bayram tədbirləri keçirilirdi.