Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Mart » 19 » Bakıda bəzi müəllimlər işlədikləri təhsil müəssisəsinin qonşuluğundakı məktəblərə köçürüləcək
Bakıda bəzi müəllimlər işlədikləri təhsil müəssisəsinin qonşuluğundakı məktəblərə köçürüləcək
09:59

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtın orta məktəblərində işləyən müəllimlərin dərs saatının maksimum 24 saat olmasını tənzimləmək üçün bəzi müəllimləri işlədikləri təhsil müəssisəsinin qonşuluğunda yerləşən məktəblərə köçürəcək.

Bu barədə APA-ya BŞTİ-nin Strateji Təhlil, Planlaşdırma və Kadrların İdarə Olunması Sektorunun müdiri Bəhmən Nəbiyev deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji yük normalarının müəyyən edilməsi haqqında” qərarının icrası ilə əlaqədar paytaxt məktəblərində müəllimlərin dərs yükünü, məktəblərdə bu sahədə vəziyyətin necə olduğunu müəyyənləşdiriblər: “Artıq bilirik ki, harada vəziyyət necədir və hansı fənlər üzrə müəyyən problemlər yarana bilər. Müəllimləri bir məktəbdən digər məktəbə köçürməklə bu problemləri həll edəcəyik. Bizim araşdırmalarımıza görə, yalnız fiziki hazırlıq fənn müəllimlərinə əlavə ehtiyac duyulacaq. Digər fənn müəllimlərinin dərs saatlarının maksimum 24 saat olmasını tənzimləmək üçün apardığımız təhlillərdən məlum olub ki, digər fənn müəllimləri üçün elə problem olmayacaq”.

B. Nəbiyev deyib ki, fiziki hazırlıq fənn müəllimlərinə olan ehtiyacı ödəmək üçün Təhsil Nazirliyinə müvafiq təkliflər veriləcək. Nazirlik isə işə qəbul prosesini həyata keçirəcək. İşə qəbul ötən il olduğu kimi bu il də avqust ayında olacaq.

İdarə rəsmisinin sözlərinə görə, fiziki hazırlıq müəllimləri olmayacağı halda, sinifləri qruplarla bölməməklə də bu problemi həll etmək olar: “Siniflər fiziki hazırlıq dərsində iki qrupa bölünür. Kadr yoxdursa, bölünmə aparılmır. Yəni bu məsələnin tənzimlənməsi üçün də elə problem də yaranmayacaq. Amma tədrisin keyfiyyətini daha da artırmaq üçün bu fənn müəllimlərinin işə qəbulu həyata keçiriləcək. Hər bir rayon üzrə 5-6 müəllimin işə qəbulu həyata keçirilsə, bu məsələ tənzimlənəcək”.

B. Nəbiyev onu da əlavə edib ki, paytaxt məktəblərində digər fənn müəllimləri üzrə dərs yükü 24 saatdan çox olan fənn müəllimlərin sayı olduqca azdır. Müəllimlərin köçürülməsi yeni dərs ilində həyata keçiriləcək.

Kateqoriya: Tehsil | Baxılıb: 787 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024