Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Noyabr » 1 » Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı orta məktəblərdə reydlər keçirəcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı orta məktəblərdə reydlər keçirəcək
17:49

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) yaxın günlərdə paytaxtdakı orta məktəblərdə reydlərə başlayacaq.

İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, noyabr ayı ərzində keçiriləcək reyd zamanı məktəblərdə sənədləşmə işlərinin aparılması, şagird və müəllimlərin davamiyyəti, şagirdlərin məktəbli geyiminə riayəti, I-IV sinif şagirdləri arasında vahid məktəbli geyiminin tətbiqi ilə bağlı vəziyyət öyrəniləcək.

Z. Əliqızı deyib ki, bu il sentyabrın 15-dən I-IV sinif şagirdlərinin vahid məktəbli geyiminə keçidi məcburiləşdirilsə də, valideynlərin xahişi ilə BŞTİ bu prosesin tamamlanması üçün qoyulan vaxtı noyabrın 1-dək uzadıb: “”Bakı Tikiş” Açıq Səhmdar Cəmiyyətinin bizə verdiyi son məlumata görə, I-IV sinif şagirdləri üçün onların sayı qədər, yəni 120 min geyim tikilib. Onlardan 10 mini hələ alınmayıb. Amma bu, o demək deyil ki, 10 min şagird vahid məktəbli geyiminə keçməyib. Ola bilər ki, onlar Çin istehsalı olan və ya başqa yerlərdə tikilən geyimləri alıblar. Ümumilikdə vahid məktəbli geyimi ilə bağlı vəziyyəti bu reydlərdən sonra açıqlaya biləcəyik”.

Z. Əliqızının sözlərinə görə, reyd zamanı hər hansı şagirdin vahid məktəbli geyimindən istifadə etməməsi aşkarlanarsa, o, dərsdən uzaqlaşdırılmayacaq. İdarə vahid məktəbli geyiminə keçməyənlərə bir daha tövsiyə edəcək ki, bu proses məcburi olduğu üçün yeni geyim alsınlar.

Kateqoriya: Tehsil | Baxılıb: 912 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Noyabr 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024