Başlıq » 2010»May»22 » Bakı Metropoliteni 11 milyon sərnişin itirib
Bakı Metropoliteni 11 milyon sərnişin itirib
21:52
Belə getsə, metro xidmətindən imtina edənlərin sayı 30 milyona çata bilər
Bu ilin 4 ayında Bakı Metropoliteninin xidmətindən 62 milyon nəfər istifadə edib. Bu, ötən ilin eyni dövründəkindən 11 milyon (14,9 faiz) azdır.
Hər ay Bakı Metropoliteni təxminən 2-2,5 milyon istifadəçi itirir. Bu templə Metropoliten bu il 30 milyon sərnişin itirə bilər.
Qeyd edək ki, metroda sərnişin axınının azalması ötən ilin oktyabrında gediş tarifi 0,05-dən 0,15 manata artırılandan sonra başlayıb. Ötən ilin sonunda "Azadlıq prospekti" stansiyasının istifadəyə verilməsi də prosesi dayandıra bilmədi. Dövlət Statistika Komitəsinin məlumatına görə, deyilən dövrdə sərnişin axını 8,6 faiz azalıb.