Bakı İslam Universitetində "Dinşünaslıq" ixtisası üzrə təhsil almaq istəyən abituriyentlərin qeydiyyatı iyunun 15-dək aparılır Müsabiqədə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün “Elektron ərizə”sini təsdiq etdirmiş abituriyentlər iştirak edə bilərlər. Bunun üçün abituriyentlər 2010-cu il iyunun 15-dək Bakı İslam Universitetində təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədələr tələb olunur:
- şəxsiyyəti təsdiq edən sənədin əslini
- Sağlamlıq haqqında arayış
- 4 ədəd 3x4 ölçüdə fotoşəkil
- Təsdiq olunmuş elektron ərizənin surəti
ÜnvanBakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ( Təzə Pir Məscidinin yanı). Əlaqə telefonu: 012 492 82 23; 012 492 31 52
Faks: 012 492 31 52