Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Oktyabr » 14 » Bakı-dairəvi-1 yolu yaxın günlərdə istifadəyə veriləcək
Bakı-dairəvi-1 yolu yaxın günlərdə istifadəyə veriləcək
18:05

Məhdudlaşma Bakı-dairəvi-1 yolu istifadəyə verildikdən sonra olacaq

Bakı-dairəvi-1 yolu yolu yaxın günlərdə istifadəyə veriləcək. Yolda artıq işlərin 95 %-i görülüb. Asfalt üzünün çəkilməsi, yolun üzərindəki kommunikasiya xətlərinin köçürülməsi, su ötürücü xətlərin tikintisi də artıq yekunlaşıb. Yol son texniki baxışdan keçirilib və heç bir təhlükə aşkar edilməyib.

Ən son tamamlanma işləri çərçivəsində, yolun işıqlandırılması, ətraf ərazinin abadlaşdırılması, su-kanalizasiya xətlərinin çəkilməsi, dekorativ işlər, o cümlədən süni yaşıl örtüyün çəkilməsi, gül və kolların əkilməsi işləri görülür.

Dairəvi yolun açılmasının gecikdirilməsinə gəlincə, Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov bunu əlavə işlərin görülməsilə əlaqələndirib.

“Orada əlavə işlər görülməli oldu. Neçə yerdə keçidlərin, eyni zamanda avtobuslar üçün dayanacaqların qoyulması, sürüşmə zonasında bənd bərkitmə işləri və digər işlərin ümumi həcmi xeyli artdı”, - deyə Namiq Həsənov vurğulayıb.

Görülən işlərin həcmilə bərabər layihənin dəyəri də bir neçə dəfə artıb. Belə ki, Bakı-dairəvi-1 yolunun ilkin dəyərləndirilməsi 27 milyon ABŞ dollar idisə, daha sonra bu rəqəm 49 milyona, ən son məlumatlara görə 80 milyona dollara qədər çoxalıb.

Xatırladaq ki, birinci texniki dərəcəli yol hesab olunan Bakı-dairəvi-1 yolu 6 zolaqlıdır. Yeni yol 3 hissədən ibarətdir. Yolun 5,5 km-lik hissəsi Biləcəri yoxuşundan Qanlı gölə qədər olan hissəni əhatə edir. Burada 3 gediş-gəliş zolağı ilə yanaşı, nəqliyyat vasitələrinin yaşayış massivlərinə giriş-çıxışını asanlaşdırmaq üçün 2 yol zolağı tikilib. Dairəvi yolun ikinci hissəsində, Qanlı göldən Lökbatana qədər 9 km-lik yeni yol salınıb.
Nəhayət, Bakı-Ələt magistralında 7 km-lik yol yenidən qurulub.

Qeyd edək ki, təməli 2006-cı ildə qoyulan 21,5 km-lik yol 28 aya tamamlanmalı idi. Sonradan ortaya çıxan bəzi problemlər, o cümlədən Badamdar qəsəbəsi ərazisində yolun sürüşmə zonasında yerləşməsi və layihəyə əlavələrin olması işin 4 ilə qədər uzanmasına səbəb oldu.

Dairəvi yol istifadəyə verildikdən sonra avtobusların və ağırtonajlı maşınların şəhər daxilində hərəkəti məhdudlaşacaq. Dairəvi yol istifadəyə verildikdən sonra ölkəmizin cənub-qərb bölgəsindən gələn nəqliyyat vasitələri Bakıya daxil olmadan birbaşa şimal bölgəsinə və əks istiqamətdə hərəkət edə biləcək.

Kateqoriya: Muxtelif | Baxılıb: 779 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Oktyabr 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024