Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyuL » 23 » “Bakı” Avropa kuboklarından kənarda qaldı
“Bakı” Avropa kuboklarından kənarda qaldı
15:01

Komandamız hər iki oyunda qələbə qazansa da, UEFA-nın bir qərarı onu məğlub duruma saldı

UEFA Avropa Liqasının ikinci təsnifat oyununda “Bakı” klubu səfərdə Çernoqoriyanın “Buduçnost” komandası ilə qarşılaşıb. Komandamız oyuna 3:0 hesablı texniki məğlubiyyətlə çıxıb. Baxmayaraq ki, Bakıda keçirilən oyun “Bakı”nın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Çernoqoriyadakı oyun da komandamızın qələbəsi ilə bitib. Qolları 28-ci dəqiqədə Aleksandar Şoliç, 42-ci dəqiqədə isə Jaba vurub. Lakin Çernoqoriya klubu 64-cü dəqiqədə Nenad Beqoviçin qolu ilə hesab arasındakı fərqi azaldıb. Oyun bu hesabla başa çatıb və növbəti mərhələyə “Buduçnost” vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa Liqasının “Bakı”nın “Buduçnost”la ilk oyununun nəticəsi ləğv olunub. Komandamızın iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda 2:1 hesabı ilə qalib gəldiyi görüşün nəticəsi texniki məğlubiyyətlə əvəzlənib. Buna “zolaqlılar”ın heyətində kamerunlu legioner Joel Epallenin meydana çıxması səbəb olub. Belə ki, 2006/07 mövsümündə “İraklis”də (Yunanıstan) çıxış edən Joel UEFA kubokunun “Visla” (Polşa) ilə ilk görüşündə qırmızı vərəqə alıb. 2006-cı il sentyabrın 14-də keçirilən ilk qarşılaşmanın 71-ci dəqiqəsində cəzalanan afrikalı futbolçu meydandan birbaşa qovulduğu üçün ən azı 2 oyunluq diskvalifikasiya olunub. Polşalılarla cavab matçını buraxsa da, yarımmüdafiəçinin cəzası tam bitməyib. “İraklis” iki oyunun nəticəsinə əsasən (Polşada 1:0 hesablı qələbə, Salonikidə 0:2 hesablı məğlubiyyət) mübarizədən kənarda qaldığından, Joelin cəzası hələ də qalmaqdadır. Futbolçu sonradan “İraklis”dən “Bohum”a keçsə də, almanlar axırıncı dəfə qitə miqyaslı turnirlərdə 2004/2005 mövsümündə mübarizə aparıb. UEFA ötən gün “Bakı” klubuna göndərdiyi faksda qərarını açıqlayıb. Qərara görə, təmsilçimizə 0:3 hesablı məğlubiyyət verilib. Bundan başqa, bakılılar 3 min avro cərimələnib.

Kateqoriya: Idman | Baxılıb: 852 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024