"İstanbul Open" beynəlxalq turniri davam edir Türkiyənin İstanbul şəhərində 5-ci “İstanbul Open” beynəlxalq turniri davam edir. Turnirdə iştirak edən Azərbaycan komandası artıq bir qızıl və iki bürünc medal əldə edib.
Gənclər arasında mübarizədə 76 kq çəki dərəcəsində çıxış edən Səid Quliyev 1-ci yeri tutub. O, finalda rus idmançısı İvan Alferova qalib gəlib. Turan Balacanlı (yeniyetmə) və Əli Hüseynov (yeniyetmə 55 kq) isə bürünc medal əldə ediblər.
Xatırladaq ki, turnirin birinci günü İmran Quluzadə (52 kq) gümüş medal əldə etmişdi. Bu yolla Azərbauycan yığmasının aktivində ümumi hesabla dörd medal var.
Turnirdə ümumilikdə 29 ölkədən 900 idmançı iştirak edir. Müsabiqənin ümumi mükafat fondu 70 min dollardır.