Salman Əlizadə ən azından Olimpiadanın gümüş medalını özü üçün təmin edib
Bu gün Sinqapurda keçirilən yeniyetmələrin Olimpiya oyunlarında boks üzrə yarışlara start verilib. İlk olaraq rinqə 48 kiloqramda mübarizə aparan həmyerlimiz Salman Əlizadə çıxıb. Onun rəqibi yerli idmançı Moxdi Həmidi olub. Salman sinqapurlu rəqibinə ümid yeri verməyib. Döyüş boksçumuzun tam üstünlüyü ilə ikinci raundda dayandırılıb.
Bu qələbədən sonra Salman adını boks yarışlarının finalına yazdırmaqla, ən azından Olimpiadanın gümüş medalını özü üçün təmin edib.
Daha bir boksçumuz, 57 kiloqram çəki dərəcəsində çıxış edən Elvin İsayev isə finala vəsiqə uğrunda Venesuela boksçusu Fradimir Makkayo ilə döyüşəcək.