Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » May » 19 » Azərbaycanın təhsil naziri: “Təbii fəlakət bölgəsindəki məktəblərdə dərslər vaxtından iki həftə əvvəl dayandırılacaq”
Azərbaycanın təhsil naziri: “Təbii fəlakət bölgəsindəki məktəblərdə dərslər vaxtından iki həftə əvvəl dayandırılacaq”
20:06

Təbii fəlakət bölgəsindəki məktəblərin fəaliyyəti vaxtından iki həftə əvvəl dayandırılacaq.

Bu barədə təhsil naziri Misir Mərdanov bildirib.O, hazırda fəlakət bölgəsində məktəblərdə dərslərin dayandığını bildirib. “Selin nəticələri aradan qaldırılanda təhsil bərpa ediləcək. Vəziyyət belə davam edərsə, şagirdlər imtahanlarda iştirak etməyə bilərlər və ya onlar üçün xüsusi güzəştlər edilə bilər”, deyə təhsil naziri qeyd edib.

Onun sözlərinə görə, hazırda təbii fəlakət bölgəsində vəziyyət çox çətindir: “Biz həmin bölgələrdəki məktəblərlə bağlı bu gün qərar qəbul edəcəyik. Bu gün həmin rayonların təhsil şöbələri ilə əlaqə saxlayacağam. Biz Sabirabadda, Şirvanda, Hacıqabulda, İmişlinin və Salyanın bir neçə kəndində məktəblərin fəaliyyətini vaxtından iki həftə əvvəl dayandıracağıq. İlk əvvəl evlərindən didərgin düşən həmin insanları yerləşdirməliyik. Sentyabrın 15-dək o adamlar evlərinə qayıdana qədər məktəblərin də fəaliyyəti bərpa ediləcək”.

M. Mərdanov deyib ki, həmin bölgələrdə mərkəzləşmiş buraxılış imtahanlarının da vaxtı dəyişdirilib: “Biz həmin bölgələrdə iyunun 3-də imtahan keçirməli idik. Lakin bu imtahanların vaxtını dəyişdik. İmtahanla bağlı qərarımızı gələcəkdə deyəcəyik”.

Nazir təbii fəlakət bölgəsindəki təhsil müəssisələrinin sayı ilə bağlı konkret rəqəm söyləməyib. O bunu belə məktəblərin sayının hər gün dəyişməsi ilə izah edib.

Kateqoriya: Tehsil | Baxılıb: 692 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2010  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024