Respublika üzrə bütün sınaq imtahanları aprelin ortalarında bitəcək. Təhsil Nazirliyi martın 13-də Gəncə, Mingəçevir və Naftalan şəhərlərində, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 9-cu siniflər üçün keçirdiyi sınaq imtahanın nəticələrini açıqlayıb.
Nazirliyin şagirdlərin nailiyyətlərinin qiymətləndirmə şöbəsindən APA-ya verilən məlumata görə, imtahan nəticələri http://exam.edu.gov.az/ saytında yerləşdirilib. Şagirdlər bu internet səhifəsində öz kodlarını daxil etməklə nəticələr barədə məlumat əldə edə bilərlər.
Qeyd edilən rayonlarda 11-ci siniflər üçün martın 13-də keçirilmiş imtahan nəticələri artıq açıqlanıb.
Respublika üzrə bütün sınaq imtahanları aprelin ortalarında bitəcək.