Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Oktyabr » 6 » Azərbaycanı sərt qış gözləyir...Avropaya son min ilin ən sərt qışı gəlir
Azərbaycanı sərt qış gözləyir...Avropaya son min ilin ən sərt qışı gəlir
20:47

Rusiyada isə soyuqlar Azərbaycandakından da sərt olacaq

Bu ilin yayında müşahidə olunan rekord istilərdən sonra Avropanı son min ilin ən sərt qışı gözləyir.

Buna səbəb Atlantik okeanında Qolfistrim isti cərəyanın axıntısının sürətinin 50 faiz azalmasıdır.

Bu il min ilin ən soyuq qışı olacaq. Polşalı elm adamları Avropanın bu il son on əsrin ən soyuq qışını yaşayacağını ehtimal edirlər. Onların sözlərinə görə, buna səbəb Meksika Körfəzindən başlayaraq Avropaya doğru hərəkət edən Qolfstrim cərəyanının sürətinin zəifləməsi ola bilər. "Fobos Meteoroloji" mərkəzinin iqlimşünasları daha dəqiq nəticələrin noyabr ayında açıqlanacağını, amma ehtimalların 70 faiz doğru olduğunu qeyd ediblər.

Atlantik okeanında nəhəng çaya bənzəyən, materiklərdəki çaylardan dəfələrlə çox su kütləsini hərəkətə gətirən Qolfistrim cərəyanı Avropanın şimalında havanın mülayimləşməsini şərtləndirir. İndi cərəyanın sürətinin 2 dəfəyə qədər azalması o deməkdir ki, şimal qütbündən gələn soyuq hava mülayimləşmədən Avropaya çatacaq. Bu səbəbdən də meteoroloqlar bu qışın Avropanın son min ildə yaşadığı ən soyuq qış olacağına əmindirlər.

Yay ərzində meşə yanğınları səbəbindən insan itkisi və iqtisadi zərərlə üzləşmiş Rusiyanın sərt qış nəticəsində də ən çox ziyan çəkən ölkə olacağı proqnozlaşdırılır. Hökumət indidən qışa hazırlaşır. Küçələrdə donmanın qarşısını almaq üçün evsizlər qapalı yerlərə yönləndirilir. İndidən ictimai binalarda istilik sistemləri ciddi yoxlanılır.

Qeyd edək ki, Qolfstrim isti cərəyanı tamamilə dayansa, Avropada yeni buz dövrünün başlayacağı bildirilir. Son 12 ildə cərəyanda su axını 30 faiz azalıb.

Bu qış Azərbaycanda da hava şəraiti ötən ilkindən sərt keçəcək. Ancaq bu soyuqlaşmanın okean sahillərinə yaxın ərazilərdəki kimi kəskin xarakter alacağı ehtimalı azdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov bu il Avropanı son 1000 ilin ən sərt qışı gözləməsi barədə xəbərdarlıqları Lent.az-a şərh edərkən belə deyib. Onun sözlərinə görə, Atlantik okeanında Qolfstrim cərəyanının istilik halı əvvəlkindən daha soyuqdur. Bu soyuqluq isə şimala doğru tədricən artır.

Gülmalı Süleymanov deyir ki, bu il qışın daha sərt keçəcəyi barədə xəbərdarlıqları Türkiyə ilə yanaşı, Rusiya mətbuatı da yazır. Onun sözlərinə görə, Rusiyada qışın sərt keçəcəyi ilə bağlı hətta dövlət səviyyəsində danışıqlar da gedir.

Azərbaycana gəlincə, İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru deyir ki, bu qış ölkəmizdə də ötən illə müqayisədə daha sərt keçəcək. Ancaq Rusiyadakı kimi ekstremal vəziyyət gözlənilmir: “Okean sahillərinə yaxın ərazilərdə, məsələn, Rusiya və Türkiyədə qış sərt keçə bilər. Lakin bu, bizdə bir qədər mülayim olacaq. Çünki Qafqaz dağları və Xəzər dənizi Azərbaycanı bu cür iqlim dəyişmələrindən Azərbaycanı bir qədər qoruyur. Ona görə də sərt soyuqlaşma Azərbaycanda o dərəcədə kəskin olmur”.

Xatırladaq ki, Türkiyə mətbuatının yaydığı məlumatlarda şimal qütbündən gələn soyuq hava kütlələrinin mülayimləşmədən Avropaya çatacağı deyilir. Elə Gülmalı Süleymanov da deyir ki, Azərbaycana soyuq hava kütlələri əsasən, şimal və şimal-qərb istiqamətindən gəlir. Onun sözlərinə görə, yay aylarının isti keçməsi növbəti qışa təsiri danılmazdır: “Atmosfer axınları həmişə tropiklərdən gəlib Rusiyanın üzərindən keçib Avropaya gedirdi. Bu il isə o axınlar yüksək təzyiq altında Rusiyanın ərazisi üzərində dayandı. Bundan sonra həmin ərazilərə hava axınları davam etmədi və isti axınlar yüksək təzyiq altında 3 ay Rusiyanın başı üzərində qaldı. Bu səbəbdən də bu il bölgədə qış daha sərt olacaq”.

İqlimşünas deyir ki, adətən yay isti keçəndə qış sərt olur. Ötən yay Azərbaycanda Rusiyadakı qədər isti keçmədiyini xatırladan Gülmalı Süleymanov qışın da qonşu ölkədəki kimi sərt olmayacağını proqnozlaşdırır: “Yayda Rusiyada 40-41 dərəcə isti olanda Azərbaycanda temperatur 38-40 dərəcə təşkil edirdi. Eləcə də qışda ola bilər ki, Rusiyada çox güclü şaxtalar düşsün, amma Azərbaycanda o qədər soyuq olmayacaq. Ancaq bu qış keçən ilkindən sərt olacaq”.

Bununla belə, direktor ən sərt soyuqların hansı aylara təsadüf edəcəyini proqnozlaşdırmağın çətin olduğunu deyir. Onun sözlərinə görə, havanın temperaturuna dair nəinki uzunmüddətli, heç 3-5 günlük proqnozlar da özünü tam doğrultmur. Bu səbəbdən də qışda ən sərt soyuqların nə vaxt və neçə gün davam edəcəyini indidən proqnozlaşdırmaq olmaz.

Kateqoriya: Muxtelif | Baxılıb: 1024 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Oktyabr 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024